Menu

Moskva şəhərində bayram günləri maşın dayanacaqları pulsuz olacaq

31.12.2017, 11:05
Moskva şəhərində bayram günləri maşın dayanacaqları pulsuz olacaq

 

Moskvada dekabrın 31-dən yanvarın 8-dək şəhərin park məkanları pulsuz fəaliyyət göstərəcək.

Trend-in RİA Novosti istinadən verdiyi məlumata əsasən, bu barədə Moskva meri Sergey Sobyanin "Tvitter" sosial şəbəkəsində yazıb.

"Bayram günləri parkinq pulsuz olacaq. Dekabrın 31-dən yanvarın 8-dək şəhərin park məkanı zonasına daxil olan istənilən dayanacaqda maşın saxlamaq mümkün olacaq", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol