Menu

Ermənilər üçün darıxan əməkdar mühəndis vә baş redaktor - ÖZÜNÜİFŞA

31.12.2017, 11:25
Ermənilər üçün darıxan əməkdar mühəndis vә baş redaktor - ÖZÜNÜİFŞA

Bu gün Azərbaycan Respublikasının əməkdar mühəndisi Tofiq Qəhrəmanov Bakı və bakılılar haqqında öz təsuratlarını yazıb. O, "ürək sözləri”ni rus dilli saytlardan birinin redaktorunun xahişi ilə yazdığını bildirib.

Uzun müddət bu mövzuya toxunmaq istəyirdim, lakin hər dəfə əlim gəlmirdi, açığını desəm, buna qərar verə bilmirdim. Qələminə hörmət etdiyim Rəhman Hacıyevin (1news.az saytının baş redaktoru-red.) xahişi mənim üçün böyük impuls (güc) oldu ki, oturum və birnəfəsə beynimdən keçənləri yazım”, - deyə Tofiq Qəhrəmanov bildirib.

İlk baxışdan tanınmış mühəndisin köhnə Bakı haqqında yazacaqları bir oxucu kimi hər kəsə maraqlı gələ bilər. Lakin yazını oxuduqca bu maraq qəzəb və hiddətə çevrilir. Çünki yazının əvvəlində belə Tofiq Qəhrəmanov Sovet, SSRİ xiffətində yaşadığını açıq-aydın bildirir.

Atasının Gəncədən, anasının Şuşadan olduğunu deyən mühəndis, ailəsinin Bakıya 20-ci illərdə gəldiyini vurğulayıb. Bakıya valeh olduğunu deyən mühəndis, sətiraltı mənalarda bu vurğunluğunu rus mədəniyyəti və dili ilə bağlayıb.

Yazının müəllifi birbaşa etiraf edir ki, Bakıda ana dili rus dili olub və bu onun üçün bir mədəniyyət göstəricisidir. Çox təəssüflər olsun ki, bu fikirləri yazan ölkənin sayılıb-seçilən mühəndisi və yüksək vəzifə daşıyan Tofiq Qəhrəmanovdur. Məhz bu insan etiraf edir ki, gəncliyində vurğunu olduğu ruslar və ermənilər hələ də onun üçün böyük meyardır.

"ХIX əsrdə Böyük Rus imperiyası Bakıda əlçatmaz mədəniyyət yarada bilmişdi”, - deyə Tofiq Qəhrəmanov bu mədəniyyətin qurucuları kimi məhz erməniləri göstərir.

Keçmişi unuda bilməyən Sovet dövrünün yetirməsi SSRİ dövründə Bakıda bakılılarla ermənilərin dost-qardaş kimi yaşadığını yazır. Həmin illərin həsrətində olan Tofiq Qəhrəmanov, hələ də ermənilər üçün darıxdığını gizlətmir.

Çox təəssüflər ki, bu şəxs, müasir Azərbaycanda yaşasa da, Sovet dövlətini unuda bilmir. Bu da təəssüfedici məqamlardan biridir ki, belə fikirlər təkcə Tofiq Qəhrəmanov yox, onun kimi bir çox vəzifə sahiblərinin unudulmaz amalıdır. O, Azərbaycanda regionçuluq edərək həm öz xislətini ortaya qoyur, həm də daşıdığı vəzifənin onun üçün nə qədər ağır olduğunu... Yəqin ki, elə isti kreslo ona azərbaycançılıq məfkurəsini unutdurub. Ancaq unutmamalıdır ki, o isti kreslolar onun kimi çox insanı yola salıb. /Azxeber.com/

P.S. 1news.az saytı uzun müddət nurçuların Azərbaycandakı liderlərindən olan, buna görə də Prezident Aparatındakı yüksək postundan qovulan Elnur Aslanovun nəzarətində olub və həmişə ölkənin milli adamlarına qarşı şər- böhtan kampaniyası aparıb.

Şərhlər

Asim 2017-12-31 11:25:20

Dəyəsən Tofiq "bəyin" qulağına Sevostopoldan səs gəlib.Narahat olma bəşəriyyət o günləri yaşamaq istəmir.

omer 2017-12-31 11:25:20

En azindan tofiq beyin sovet dovrunde gencliyi qalib..beyem kecmiwi,gencliyi ucun darixmaq olmaz?

QARAXAN 2017-12-31 11:25:20

Yazını oxudum və BİZİM "DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ" tofiq qəhrəmanov adlı erməni əsilli ... yazısında "hələ də ermənilər üçün darıxdığını" söyləməsi məni əsəbləşdirdi. Allah ona lənət etsin! Bayram günü bizi əsəbləşdirdi. Şübhəsiz ki, adı bizdən olan, özü isə .... tofiqin ya .... İnsanda abır-həya da yaxşı şeydir. Hələ tökülən və tökülməkdə davam edən ŞƏHİDLƏRİMİZİN günahsız "AL QIZIL QANLARI", NƏNƏ-BABALARIMIZIN, ANA-BACILARIMIZIN, ATA-QARDAŞLARIMIZIN, MİLLƏTİMİZİN qanlı göz yaşları qurumadığı bir zamanda, səlnaməmizə qanlı hərflərlə yazılmış Müqəddəs Tarixi QARABAĞIMIZ işğal altında saxlanılmasına baxmayaraq bu .... erməniəsilli tofiq deyilən .... ermənilər üçün darıxdığını söyləyir....

bisavad 2017-12-31 11:25:20

Tofiq bəyin gəncliyi müstəmləkə dövrünə təsadüf edir. Həmin dövrdə ali təhsil, səhiyyə xidməti, avtodayanacaq hətta mənzil də pulsuz idi.Yol hərəkətini pozmağa görə cərimə demək olar ki,nəzərdə tutulmamışdı.Ali təhsil alan mütləq işlə təmin olunurdu. İşləməyəni, qazancından cox əmlakı olanı həbs gözləyirdi. Talerantlıq məsələsi tam həll olunmuşdur. Tofiq bəy yuxu görməyib,gördüklərini yazıb.

haci 2017-12-31 11:25:20

ALLAH ŞƏRƏFİ OLMAYAN ... LENET ELESİN...

Cavanşir 2017-12-31 11:25:20

İnsan mədəniyyətinin və dininin millətlə bağlılığı yoxdur.Hər bir millətin içərisində hər cür insan olur (militarist, cinayətkar, demokratik, elmli,qanmaz,avara və s.).Anca bəzi məsələlər üçüncü qüvvələrin təsiri ilə qabardılır,millətlər arasına nifaq salınır.Əsas bu qüvvələri aşkarlayıb birgə mübarizə aparmaq daha doöru olardı.Maləsəf...

Azer 2017-12-31 11:25:20

DÜŞMƏN MİLLƏT ÜÇÜN ANCAQ DÜŞMƏN MİLLƏTLƏ QAN QARIŞIĞI OLANLASR DARIXA BİLƏR. DÜŞMƏN BİZƏ TƏXMİNƏN 3 ƏSRƏ YAXIN NƏ DİVANLAR TUTUB ONU ALLAH BİLİR. İND İSƏ TORPAQLARIMIZIN YARSINI TUTUB QOCA CAVAN UŞAQLARIMIZIN QANINI TÖKÜRLƏR. BU GÜNKÜ GÜNDƏ DƏ DÜŞMƏN MİLLƏT CAVANLARIMIZIN QANINI İÇİR HƏR GÜN ŞƏHİD VERİRİK. DÜŞMƏN MİLLƏT BİZİ BİR MİLLƏT KİMİ MƏHV ETMƏK İSTƏYİR. BÜTÜN BUNLARDAN SONRA ONLAR ÜÇÜN DARIXMAQ YA ONLARLA BARIŞMAQ ANCAQ ANASI ARVADI ERMƏNİ OLANLAR OLA BİLƏR.

t 2017-12-31 11:25:20

"Xalq diplomatiyası" deyilən erməni hərəkatından sonra erməni əsilli maskalanmış casusların "çiçəyi çırtlayıb".Azərbaycanın çörəyi-suyu ilə bəslənən bu murdarlar və müstəqilliyimizin əleyhinə səs verənlər hər an əleyhimizə olmağa hazırdırlar.Bizim təhlükəsizliyimizə məsul olan qurumlar bizi belələrindən qorumağa sayıqlıq göstərməlidirlər.Bizi qanımıza qəltan edən düşmən dövlətlərin əlində alət olanlar çox təhlükəlidirlər.Qarşıdan gələn 20 Yanvar soyqırımı da bizi sayıq olmağa çağırır...

AAgahuseyn 2017-12-31 11:25:20

Bayram ğünü biz oxuculara pis təsir edən...tofiq qəhrəmanov adlı cox ğüman ki,erməni əsilli yazısında "hələ də ermənilər üçün darıxdığını" söyləməsi məni əsəbləşdird.Hələdə vəzifədə işləyən erməni qatışıqlı məxluq var.

İnsafi mürvət 2017-12-31 11:25:20

Hörmətli Müəllif,
müasir dövlətimiz, mədəniyyətimiz, bəli, birbaşa Rusiyanın təsiri, iştirakıı və köməyi ilə ərsəyə gəlib. Bəli, Şərqdə birinci olan teatr da,opera da, kinomatoqraf da bizə Rusiyadan gəlib. Dünya ədəbiyyatı, dünya texnikası Azərbaycana nə Avropadan, nə Ərəbistandan nə də İrandan gəlib. Dünya ədəbiyyatının müəllifləri, Şekspir də Hüqo da, Heqel də, Drayzer də, Marks da, Enqels də doğma Azərbaycan dilinə “nifrət etdiyimiz“ rus dilindən təcümə edilib - fransız,ingilis, alman dilindən yox!!! Bunu danmaq, yaxın 150 illik tariximizdə yalnız Rusiyanın müsbət nümunəsi altında formalaşdığımızö danmaq nadanlıqdır. Bu gün də biz, könüllü olaraq, Rusiyada olan hər bir prosesi təkrar edirik. Ancaq milli dildə !!! Fərqi hiss edirsiniz???

Iskender 2017-12-31 11:25:20

Hemishe oldugu kimi, ozunu teriflemeknen meshgul olur. Duz adam olsa yazardi ki, rayondan gelib bakida Azerbaycan dilinde danishanlari laga qoyub gulurduk.

Chox guman ki, bu Tofik oguz turku deyil, etnik azliqlardandir. Bunalrin ekseriyyeti ermeniye qardash deyir.

ZABİT 2017-12-31 11:25:20

BİZLƏRDƏ DƏ GÜNAH ÇOXDUR. LAQEYİDİK. hAMIMIZ BİLƏ-BİLƏ, TANIYA-TANIYA ERMƏNİNİN OĞLUNU GƏTİRİB QOYUBLAR .... VƏ BİZ DƏ BUNA SUSURUQ. GƏLİN GÖRƏK BİR TÜRK OĞLU AZƏRBAYCANLI ERMƏNİSTANDA BELƏ YÜKSƏK VƏZİFƏ DAŞIYIRMI. ƏSLA YOX.

dadaşyev 2017-12-31 11:25:20

A balam,adam öz təəssüratlarını yazıb.Əgər onun Sovet illəri xoş keçibsə,desin ki pis keçib?Mənim də ömrümün,gəncliyimin ən gözəl illəri Sovetdə qalıb,hər zaman şirin bir nağıl kimi xatırlayıram.Çünki müstəqil olmaq arzusuyla yandığım perestroyka illərində elə bilmişdim Azərbaycan Fransa kimi,İngiltərə kimi,Almaniya kimi samballı bir ölkə olacaq.Təəssüf,min dəfə təəssüf edirəm millətin bu acınacaqlı gününə baxıb.Sovetdə qayda-qanun vardı,indi isə nə qanun-qayda var,nə şikayətə baxan.Bicbala yaltaqlar var.

bisavad 2017-12-31 11:25:20

Bütün şərhləri oxuyub belə qənaətə gəldim: düz danışanların hamısının qanında erməni qanı var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol