Menu

“Viza böhranının təşəbbüskarı ABŞ olub” - Ərdoğan

31.12.2017, 11:40
“Viza böhranının təşəbbüskarı ABŞ olub” - Ərdoğan

“Viza böhranını onlar başladı və sağ olsunlar ki, özləri də onu ləğv etdi. Biz viza böhranı istəmirdik. İndi o artıq bitib. Bu istənilən halda belə də olacaqdı”, - deyə prezident qeyd edib.

Ərdoğan həmçinin Ankaranın Suriyada, Rusiya və İranla olduğu kimi, ABŞ-la əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib: “Bəs ABŞ özü bizimlə əməkdaşlıq etmək istəyirmi? Problem bundadır”, - deyə Türkiyə prezidenti qeyd edib.

Qeyd edək ki, dekabrın 28-də Türkiyə və ABŞ viza verilişinə oktyabrda qoyulan qadağanı ləğv ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol