Menu

Moskvanın mərkəzində atəş açmaqda şübhəli bilinən şəxs saxlanıldı

31.12.2017, 12:12
Moskvanın mərkəzində atəş açmaqda şübhəli bilinən şəxs saxlanıldı

Polis dünən axşam Moskvada Qırmızı meydanın yaxınlığında atəş açaraq iki nəfəri yaralamaqda şübhəli bilinən şəxsi saxlayıb.Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” Rusiya Daxili İşlər Nazirliyi Moskva Şəhər Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Polis onu gecə yerli vaxtla saat 5:40-da Novorijsk şosesinin 40-cı kilometrində saxlayıb. Sükan arxasında olan 26 yaşlı həmin şəxs saxlanılarkən özünə xəsarət yetirib. Polis əməkdaşları yardım göstərilməsi üçün onu həkimlərin nəzarətinə veriblər.

Fakt üzrə yoxlama aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol