Menu

İRANDA AKSİYALARDA ÖLƏNLƏRİN SAYI 20-yə ÇATDI - Video

02.01.2018, 11:50
İRANDA AKSİYALARDA ÖLƏNLƏRİN SAYI 20-yə ÇATDI - Video

Bu gün İranda baş verən etiraz aksiyaları zamanı daha 9 nəfər öldürülüb. APA-nın məlumatına görə, bu barədə “Sky News” İranın dövlət televiziyasına istinadən məlumat verib. Bildirilir ki, 6 etirazçı İsfahan vilayətinin Qəhdərican şəhərində polis bölməsinə hücum zamanı öldürülüb. Onlar polis bölməsindən silah oğurlamağa cəhd ediblər.

Məlumata görə, Xomeinşəhr şəhərində 20 yaşlı gənc və 11 yaşlı uşaq öldürülüb.

Nəcəfabadda İran İslam İnqilabı keşikçilərinin bir nümayəndəsi həlak olub.

Bununla da son 6 gündə İranda baş verən etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bu ölkənin Şura Məclisinin xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında ölkədə baş verən olaylara görə ABŞ və İsraili ittiham edib. İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.

***

İranda keçirilən etiraz aksiyalarının gedişində ölənlərin sayı 12 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Məlumata görə, 10 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə toqquşmalarda ölüb. Daha 2 nəfər isə şənbə günü dünyasını dəyişib.

***

İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Məlumatda aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb.

***

saat 14.00

İranda keçirilən etiraz aksiyalarında daha iki nəfər həyatını itirib.

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü Xuzistan əyalətinin İze şəhərində aksiyaçılara atəş açılıb.

Nəticədə 2 aksiyaçı ölüb, bir neçə nəfər yaralanıb. Yerli administrasiyadan "France-Presse" agentliyinə bildirilib ki, aksiyaçılara hüquq-mühafizə orqanlarının, yaxud digər aksiya iştirakçılarının atəş açdığı məlum deyil.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Şənbə günü Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfər ölüb.

***

İranın Məşhəd şəhərindən başlayan etiraz aksiyaları Güney Azərbaycan şəhərlərinə də təsir edib. Axar.az xəbər verir ki, aksiyaların başlanmasından 2 gün sonra Güney Azərbaycan şəhərləri bu etirazlara qoşulub. Xüsusi aktivlik Urmiya, Zəncan və Əbhər şəhərlərində müşahidə olunub. Urmiyadakı aksiyalarda iştirak edən azərbaycanlılara qarşı polis tərəfindən güc tətbiq olunub.

Zəncan şəhərində isə etirazçılarla toqquşduqdan sonra polis dəstələri qaçmağa başlayıb. Qaçan polis dəstələrinin ardınca etirazçılar “Bişərəf, Bişərəf” şüarları səsləndiriblər.

Paytaxt Tehran şəhərində də dünən gün ərzində aksiyalar sakitləşməyib. Xüsusi aktivliyi Tehran Universitetinin tələbələri göstəriblər. Paytaxt küçələrindən birində yerləşən İranın Ali dini lideri ayətullah Əli Xameneinin posteri cırılıb.

Ən ağır vəziyyət İranın Loristan vilayətinin Dorud şəhərində qeydə alınıb. Belə ki, bu şəhərdə etirazçıların “Xameneiyə ölüm” şüarlarına odlu atəşlə cavab verilib. Atəş nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Həlak olanlardan yalnız ikisinin kimliyini müəyyənləşdirmək olub. Onların Həmzə Ləşəni və Hüseyn Rəşno olduğu bildirilib.

Sosial şəbəkələrdə yayılan videolarda etirazçıların öldürülmə anı əks olunub.

Ərak şəhərində isə əhali SEPAH-ın nəzdində olan “Bəsic” qüvvələrinin qərargahına hücum edərək, buranı darmadağın ediblər.

Şərhlər

maarif 2018-01-02 11:50:56

Bu gün bölgədə İzrailin çəkindiyi İran və Türkiyədir. Vaxtı ilə hər iki imperiya yəhudilərə ən böyük yaxşılıqlar ediblər. yəhuduləri Qudsə qayıtmağa icazə veriblər
İsrail bilir ki, Tramp böböyük ehtimalla 2020-də seçilməyəcək, ona görə tələsir.Trampın Qüds qərarından sonra bölgədə yeni gərginlik yaratmaq lazım idi. İndi İranda Suriya ssenarisi həyata keçirilir. Bir azdan belə getsə İsrail İranın nüvə reaktorlarını bombalayacaq.İsrailin daha uzağa gedən məqsədləri var.Fələstinin varlığına son qoymaq! Davamı

maarif 2018-01-02 11:50:56

əvvəllər Xram tikiblər.Hər iki xram dağılıb! Bibliyaya görə həmin yerdə 3-cü xram tikmək lazımdır ki, Mesayanın ikinci gəlişi baş tutsun. Çünki həmin kitaba görə Mesaya 30cü və sonuncu xram tikildikdən sonra yerə gələcək və yer kürəsində sülh bərqərar olacaq! əgər özünü ən demoktatik dövlət sayan İsrail teokratik dovlətdirmi? İndi Qüds (Yerusalim) arxeloogi qazıntılar şəhərini xarırladır.
odur ki İranda baş verənlər yaxşı heç nə vəd etmir. Əlbəttə Bütöv Azərbaycanın yaradılması zəzərindəndə də.Məqsəd ayrı

Şəhriyar 2018-01-02 11:50:56

Azərbaycan üçün tarixi şans yetişib. Cənublu-şimallı ayağa qalxmalı, fars şovinizminə son qoyulmalı, rus şovonizminə görk göstərilməlidir. Bakıdakı fars səfirliyi qapadılmalıdır. İran da ölür, Rusiya da, Dünyanın yenidən bölünməsi gedir, birləşməsək, bizi rus caynağından heç kim qurtara bilməz. Yoxsa bu qondarma bayramda yediyimiz hinduşka kababı, stoliçni salat zəhrimar olub burnumuzdan gələcək, tikə tikə, minilliklə...

G.M 2018-01-02 11:50:56

Təəssüf ki,bu gün İranın Azərbaycandakı,Rusiyadakı səfirliyi qarşısında heç kəsə rast gəlinmir.Bu şərəfsizliyə qarşı etirazlar hiss olunmur.``soyuqqanlı`` olmağımız isti qanımızı farsın rejiminin ayaqları altına axıtmaqda davam edir.

maarif 2018-01-02 11:50:56

İsrailin baç Naziri deyir ki, yəhudulər Qüdsdə 3 min ildir ki var. Amma onu demir ki, vaxtı ilə Roma imperatorları Qüdsü dağıtmış və yədudiləri Fələstindən qovmuşlar Süz 2 min il onların ayağı Qüdsə dəyməyib. Osmanlı imperiyası isə onlara gəlib ibadət etməyə icazə verib. Bunlara yaxşılıq yoxdur! Məlumdur ki Qüdsdə Məhəmməd peygəmbərin Allahın yanına qalxdığı yerdə Al-Aksa məscidi tikiblib. İndi İsrail çalışır ki, orani və Qolden Rock deyinən yeri uçursun. Guya həmin yerdə Davis və sonralar Solomon DAVAMI

dadaşyev 2018-01-02 11:50:56

Bu artıq iğtişaş deyil,əsl inqilaba oxşayır.Amma bir əsrdə 4 inqilabın öndə gedəni olan Təbriz susursa qəti söz demək çətindir.Yalnız Təbriz qalxarsa bütün İran Təbrizə qoşular.O üzdən buna hazır olmalıyıq indidən.Yəni hadisələrə reaksiyamız qardaşcasına olmalıdı.Nə qədər kimlərsə xaricdə bəyənməsələr də.Farsa meyllənib "Bu İranın daxili işidir" desək nə oradakı doğma bacı-qardaşlarımız,nə də tarix bizi bağışlamaz.Əlbəttə,anqlo-saks-yəhudi birliyi bu inqilabı yatırmağa çalışacaq,amma qardaşlığımızı göstərək

Miri 2018-01-02 11:50:56

Amin inshallah gardashlar.

t.ədalət 2018-01-02 11:50:56

İranı bizə-Azərbaycanlılara görə dağılmağa qoymayacaqlar.Dünya xristianları ikinci bir Türk dövlətinin qüdrətlənməsindən qorxur.Sadəcə olaraq,ABŞ və digərləri aranı qarışdırmaqla İrana təsir edib istədiyi səmtə yönəldirlər.İran onların əlində islam dininə və Türkiyəyə qarşı bir mübarizə dəyənəyidir.

ilqar 2018-01-02 11:50:56

cooox duz deyirsen gozel dostum

NURəddin 2018-01-02 11:50:56

O KİŞİNİ SAQQALINI DA BOYNUNA DOLAYIB ASMAQ LAZIMDIR.YER ÜZÜNÜ GƏZSƏN ONUN QƏDƏR XURAFATÇI TAPA BİLMƏZSƏN.O QOCANIN BAŞINDA DÜŞMƏNÇİLİK VƏ NİFRƏTDƏN SAVAYI HEÇ NƏ YOXDUR.İNKİŞAFIN, TƏRƏQQİNİN QƏNİMİDİR.İSLAMI PARÇALAMAQDA BİR FİTNƏ BANİSİDİR.O RUHANİ DEYİL,RUHANİ PALTARI GEYMİŞ BİR .....XALQIMIZI FARS ƏSARƏTİ ALTINDA SAXLAYANLARDAN BİRİ DƏ ODUR.BAXMAYARAQ Kİ,AZƏRBAYCANLIDIR...

Koxa 2018-01-02 11:50:56

Irandakl iğtişaşların sağ eli rusların başna

Redaktor 2018-01-02 11:50:56

Cirmaniriq kecməyə cay gəlməmis, baslayiriq qizmağa yay gəlməmis, tulki kimi durtulərik xəlvətə kim nə dyər bizdə olan qeyrətə...Biz hələ ozumuzdəki farsdan betərlərlə bacardiqmi ki, qalsin o yaziqlara da dəstək olaq. Biz Mehdixanli demiskən hirildamaqdan, fisəng isiğina usaqli, boyuklu, qocali, cavanli atlanib dusməkdən basqa nə bilirik ki?Milad bayramina 1 milyon əhali gecə saatlarinda kucələrə axisan zaman, haqq sozunu soyləyənin yaninda 1000 nəfər gormusənmi? Gorədə bilmərsən. Cunki bizim ləyağimiz bu..

OQTAY 2018-01-02 11:50:56

Koxa,ile tam raziyam, 5 il bundan qabaq demisem 2018-de,Rusiya deylen devlet olmayacaq,onun yerini TURAN tutacaq..,Allah, bizimledir!!!Ne AB,nede ABS bunun qarsisini ala bilmeyecek,xeyirli-uqurlu olsun!!!

Maqsud 2018-01-02 11:50:56

NƏ DEYİRSİNİZ İRANIN DA SURYA, İRAK, LİVİYA KÖKÜNƏ DÜŞMƏSİNİ İSTƏYİRSİNZ.YAXUD, KÖLNÜNÜZƏ QAÇQINLIQ HƏYATI DÜÇÜB.İNDİ BUNUN VAXTI DEYİL.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol