«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya hökuməti Koreya yarımadasında tammiqyaslı müharibənin başlanması ehtimalına xeyli ciddi yanaşır. Bu barədə «Kyodo» agentliyi məlumat yayıb.
Ölkənin milli təhlükəsizlik şurasının fikrincə, müharibə aşağıdakı variantlarda başlana bilər: Cənubi Koreyanın Koreya Xalq Demokratik Respblikasına (KXDR) soxulması səbəbilə, Şimali Koreyanın Yaponiyaya raket zərbəsi endirməsi səbəbilə, KXDR və Cənubi Koreya qüvvələrinin toqquşması səbəbilə, bir də yarımadaya Amerika Birləşmiş Ştatlarının (ABŞ) qabaqlayıcı (preventiv) zərbə endirməsi səbəbilə...
Bu zaman, müharibənin başlanacağı təqdirdə, Yaponiya kollektiv təhlükəsizlik mexanizmini işə sala və ABŞ-ın dəstəyini qazana bilər.
Məlumat üçün bildirək ki, dekabrın 30-da Şimali Koreya özünun nüvə gücünü artırmaqda davam etdirmək niyyətində olduğunu elan edib.


Şərhlər