Menu

Çexiya səfiri Azərbaycanı tərk edir

31.12.2017, 20:03
Çexiya səfiri Azərbaycanı tərk edir

Çexiyanın ilk kosmonavtı, SSRİ və Çexoslovakiya qəhrəmanı Vladimir Remek Çexiyanın Rusiyadakı səfiri postunu tərk edir. Virtualaz.org bildirir ki, bu barədə bu gün CTK agentliyi məlumat yayıb.

Məlumata görə, gələn il 70 yaşı tamam olacaq V. Remek son 4 ildə tutduğu səfir postundan vətənində ailəsi ilə daha çox vaxt keçirmək üçün öz təşəbbüsünə əsasasən gedir.

Agetlik bildirir ki, V. Remeki 2014-cü ildən Çexiyanın Azərbaycandakı səfiri olan Vitezslav Pivonkanın əvəzləyəcəyi gözlənilir. Onun tezliklə Bakını tərk edəcəyi və Moskvaya gedəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol