Menu

"KXDR milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırıb" - Kim Çen In

01.01.2018, 10:33
"KXDR milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırıb"  - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In masası üzərində "nüvə düyməsi"nin olduğunu bəyan edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Kim Çen In bu barədə KXDR vətəndaşlarna Yeni İl təbrikində bildirib.

Onun sözlərinə görə, KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır.

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

Kim Çen In həmçinin KXDR-in milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırdığını bəyan edib.

KXDR lideri beynəlxalq təzyiqin artmasından şikayətlənsə də, nüvə başlıqlarının və ballistik raketlərin istehsalını sürətləndirməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol