ABŞ-ın Xarici İşlər naziri Con Kerri İraqda İŞİD ilə mübarizə aparmaq məsələsində İran tərəfi ilə görüş keçirə biləcəklərini deyib və heç bir variantı göz ardı etməyəcəklərini vurğulayıb. Bu haqda AzPolitika.info Türkiyənin “Hüriyyət” nəşrinə istinadən xəbər verir. Qəzetin yazdığına görə, Kerri hava hücumunun İŞİD ilə mübarizədə bir variant ola biləcəyini ifadə edib.
İran prezidenti Həsən Ruhani həftə sonu verdiyi mesajda İraqdakı İŞİD yaraqlılarına qarşı mübarizədə ABŞ-a dəstək ola biləcəklərini ifadə etmişdi.
CNN telekanalı xəbər verirdi ki, Vaşinqton Tehran rəhbərliyi ilə İraqdakı vəziyyəti birbaşa müzakirə etməyi düşünür.
Ülkər Musazadə


Şərhlər