Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak hüququ qazanmış abituriyentlərin ballarını açıqlayıb. Qurumdan verilən məlumata görə, imtahanda yüksək nəticə (60 bal) göstərən olmayıb. Yalnız iki abituriyent 59 bal, 4 abituriyent isə 58 bal toplayıb.
Aşağı nəticə göstərən abituriyentlərin sayı isə kifayət qədərdir. Ümumilikdə 20006 nəfər ən aşağı nəticə göstəriblər. Qeyd edək ki, bu il 9 illik bazadan kolleclərə 9601 plan yeri ayrılıb. Bu rəqəm ötən il 13957 olub.


Şərhlər