Menu

Baş nazirdən yeni qərar - Bu institutların adı dəyişildi

04.07.2014, 19:06
Baş nazirdən yeni qərar - Bu institutların adı dəyişildi

Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasında doktorantura yaradılacaq. Lent.az-ın məlumatına görə, bu, baş nazirin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərarında öz əksini tapıb.

Qərara əsasən, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının adları dəyişdirilib. Belə ki, Ə. Hüseynov adına Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutu Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Mərdəkan Dendrarisi Dendrologiya İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu isə Fəlsəfə və Hüquq İnstitutu adlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol