İstanbulda azərbaycanlılar arasında daha bir mafiya hesablaşması baş verib. Virtualaz.org xəbər verir ki, Azərbaycandan olan iş adamı, podratçı şirkətin sahibi İ.G. polisə müraciət edərək 2 Azərbaycan vətəndaşının onu “Glock” markalı tapança ilə təhdid edərək “Mercedes” markalı avtomobilini və 27 min dollar dəyərində olan iki qol saatını qəsb etdiklərini bildirib.
İş adamı şikayətində göstərib ki, soyğunçular avtomobili və saatları geri qaytarmaq üçün ondan 40 min dollar tələb edirlər. Habelə iş adamı soyğunçuların onu ailəsiylə də təhdid etdiyini göstərib.
İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində biznesmenə bildiriblər ki, soyğunçularla əlaqə yaradıb onların şərtini qəbul etdiyini, pulu verəcəyini bildirsin. Azərbaycanlı iş adamı belə də edib və İstanbul Fatihdəki ticarət mərkəzlərindən birinin kafesində soyğunçularla görüş təyin edib.
İ.G. hadisədən bir gün sonra axşam saatlarında kafedə soyğunçularla görüşüb. Bu vaxt əməliyyatçılar da mülki geyimdə yan masada oturmuşdular və cinayətkarları gözləyirdilər. Görüş başlayanda polis hərəkətə keçib və 4 nəfər soyğunçunu yaxalayıb. Onlar Azərbaycan vətəndaşları R.H. və S.A., habelə Türkiyə vətəndaşları Ş.S. və İ.G.-dir. Polis saxlananların üzərində axtarış aparıb və iş adamının avtomobilinin açarını, sənədini, qol saatlarını və “Glock” markalı tapança aşkar edib. Qəsb olunan avtomobil ticarət mərkəzinin avtoparkında tapılıb.
Saxlanılan soyğunçular məhkəməyə çıxarılıb, onlardan ikisi-Azərbaycan vətəndaşları barədə əbs qətimkan tədbiri seçilib. Qalan ikisi isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

Şərhlər
Q.M ve yoldaw dadawyevle tam hemreyem,bir onu eleve elemek isteyirem ki, taniw ssenaridi,men yawayan memleketdede beledir,yerli millete ,ve ya hansisa yerli iw adamina mikk eleye bilmeyen "lotular" oz milletine qenim kesilibler.
GM və dadaşyev – hər ikinizə böyük hörmətim var, yazılarınızadan çox yeniliklər öyrənmişəm, sağ olun. Amma belə tələsik, düşünülməmiş yazılarınız, hissə qapılmış yazılardır...... “Sizləri görəndə milliyətimi danmaq istəyirəm”;...... “Xaricdə yaşayan azərbaycanlılarımız hərəsi öz evinə,öz ailəsinə qapanmış adamlardı.Küçədə bir azərbaycanlı büdrəyib yıxılsa birisinin vecinə olmaz.Evini tanıtmaq istəməz heç biri” və s.....əvvəla, millət valideyn kimidir, onu seçmirlər, əgər azərbaycanlısızsa, millətin pisidə, yaxşısıda sizindir, dəqiqə başı demək olmaz ki, hayıf ki, mən bu millətdənəm; ikincisi, mən də tez-tez Azərbaycandan kənarda oluram, hər cürə azərbaycanlı görmüşəm, amma mütləq əksəriyyəti (pisidə, yaxşısıda), təkrar edirəm mütləq əksəriyyəti, biri birini görəndə hörmət edir, ehtiramla yanaşır, ancaq azərbaycanlı adına, heç tanımadığı azərbaycanlıya. Əgər yaşda məndən böyüksüzsə üzr istəyirəm.
Ay bədbəxtlər...Dünyanın bütün millətləri elm ,mədəniyyət dalınca qaçır..siz(bizlər) isə ərəb və digər geridəqalmışlardan törəyənlərimiz ləyaqətsiz yollarla ``ad-san``,var-dövlət dalınca qaçırsınız.İranda o boyda prosesdə iştirak etmirsiziniz..özünüzə Lotu-Potu ayaması yapışdırıb,bir-birinizin gödənini dağıdırsıniz.Sizləri görəndə milliyətimi danmaq istəyirəm.
İndi gördünüzmü 31 dekabrda mən deyəndə ki həmrəylik-filan üçün badə qaldırmıram,haqlıyam?Xaricə gedən hər birimiz bilirik ki,mümkün qədər özümüzünkülərdən uzaq durmalısan ki,başına müsibət gəlməsin.Ya malın gedəcək,ya canın.Diasporla əlaqə-filan cəfəngiyyatdır,yüz milyonıları boşuna havaya səpələməkdir.Bunun heç oyan buyanı yoxdur.Xaricdə yaşayan azərbaycanlılarımız hərəsi öz evinə,öz ailəsinə qapanmış adamlardı.Küçədə bir azərbaycanlı büdrəyib yıxılsa birisinin vecinə olmaz.Evini tanıtmaq istəməz heç biri
Dadaşyev tamamilə haqlıdırş.
Dünyanın yüksək inkişaf səviyyəli – ABŞ,Yaponiya, Cənubi Koreya, Şərqi və Qərbi Avropa ölkələri (xüsusi ilə İtaliya) və s., bu kimi ölkələrdə məgər müxtəlif səviyyəli “razborkalar” olmur??? Məgər bu ölkələrdə bütün işgüzar mübahisələr qanun müstəvisində həll olunur??? Meksika, Braziliya indiyə kimi yüksək kriminal ölkələr sırasında deyil??? Normal ağla, adi əxlaqa sığmayan vəhşiliklər bu ölkələrdə baş vermir??? Niyə bu ölkələrdə heç kim çıxmır bayıra ki, biz meksikalı, yaxud biz braziliyalı olmaq istəmirik???
HÖRMƏTLİ G.M,SİZİN SÖYLƏDİYINIZ GERÇƏKLƏRİ 3 UNİVERSİTET BİTİRMİŞLƏRƏ BELƏ ANLATMAQ OLMUR,QALA Kİ,KÜÇƏ XULİQANLARI OLSUN.SURİYADA ƏSƏD 100 MİN ADAM ÖLDÜRDÜ.ANLAMADI Kİ,BELƏ OLMAZ,İDDİAMDAN GERİ ÇƏKİLİM.BİZDƏ MƏHKƏMƏLƏRİ GEDƏN MƏMURLARA BAXIN.HAMISI TƏHSİLLİDİR.BİRİ ANLAMAYIB Kİ,DAĞITDIĞIM-TALADIĞIM BƏSDİR.NƏ QƏDƏR İNSANLIĞA QARŞI ÇIXMAQ OLAR? INSAN NƏ QƏDƏR CAHIL OLAR?BUNLARIN HANSI BAŞA DÜŞÜR Kİ,XULİQAN DA BAŞA DÜŞSÜN.TAMAMİLƏ HAQLISINIZ!İTƏ-QURDA GÖRƏ XƏCALƏT ÇƏKMƏKDƏN CANIMIZ ÇÜRÜDÜ.DÜNYADA BİABIR OLDUQ.
Hansı millət Ziyalısıla yox türemşikiylə fəxr edir..hansı ölkədə insanlar rüşvətxor qohumuyla fəxr edir..Hansı millətdə Valideyin əyri-üyrü yollarla pul qazanan övladıla öyünür.Nə edək ki,belə bayağı yanaşma dadaşyevlə,g.m -nın yazdıqları kimi bizim payımıza düşür.
Muellim,siz tez-tez Azerbaycandan kenarda olirsunuz,men ise duz 20 ildir sizin tez-tez oldugunuz o kenarda yawayiram.G.M ve dadawyev duz deyirler ve mende hec bir fexr duymuram ki,azerbaycanliyam.Size sayqilarla,Ehmed. P.S. Amma Turk oglu Turk olmagimla fexr edirem.
Timurchine; Qardaş,xoş sözlərin üçün təşəkkür edirəm.Amma yoldaş dadaşyevin bu sözünü qulağında sırğa et:əgər bir gün yenə xaricdə olub özümüzünkü olan birisinə etibar etdiyin üçün başına bir iş gələrsə yalnız və yalnız özündən küs.Çünki mən xəbərdarlığımı etdim.Bunu sənə viranələrdən çıxmış yoldaş dadaşyev deyir.Mənim ələyim ələnib,xəlbirim göyə fırlanır.Sadəcə,bir xahişim var:o zaman mənə qısaca da olsa bir "sağol" de.Mən anlaram.Və səni əsla qınamaram.Çünki bilərəm ki başın daşdan daşa dəydi.
DEDIKLERINIZI DÜNYA XALQLARININ HAMISINA SHAMIL ETMEK OLAR.ONA GÖRE DE GELIN HANSISA MILLETI,XALQI DEYIL TÖREDILEN CINAYETI,EMELI PISLEYEK. BUNLARIN NEDEN BASH VERDIYINI ARASDIRAQ.ÖZLERINI ARI MILLET SAYAN BASQA XALQLARA VEHSI KIMI BAXAN ALMANLAR SOVET QOSUNLARI BERLINE CATANDA DÜKANLARI,BAZALARI VE S.SOYUBLAR.DEMEK KI,GÜNAH INSANDA YOX YASADIGI MÜHITDEDIR.PEYGEMBERIMIZ VEDA XÜTBESINDE VESIYYET EDIR KI,HECH BIR MILLETIN,XALQIN,INSANIN DIGERI ÜZERINDE ÜSTÜNLÜYÜ YOXDUR.ÜSTÜNLÜK TEQVADADIR.DEMEK KI,/ardi var/
ardi/-GÜNAH REJIMDEDIR.MES.YASHLARI AZ COX USAQLI EYRI YOLLARLA DOLANAN BIR QRUP AILENI EYNI TERKIBDE ISVECRELI TEMIZ AILELERNEN YERLERINI DEYISEK.10-15 ILE TESEVVÜR EDIRSIZ DE NE BAS VERECEK.UZUN ILLERDIR ICIMIZDEN CIXAN YARAMAZLARI XALQA YAXMAQLA SAYLARINI ARTIRMAQNAN MESGULUQ.TÜRK OLMAGIMIZLA FEXR EDINCE BAXAQ INKISAF ETMIS ÖLKELERDEKI XALQLARIN VE TÜRKLERIN YASAM TERZINE.GELIN ÖLKENI VE XALQI BU GÜNDE YASADAN KORRUPSIYALASMIS VE S.HÖKÜMETDEN DINC YOLLA NECE XILAS OLMAGIN YOLLARINI AXTARAQ./ardi var/
DEYIRSIZ KI,QAPISINI TANITMAZ VE S.AZERB.UZAQDA YASAYIRIQ.AYRI-AYRI VAXTLARDA OXUMAGA GELMISH TELEBELERI EV TAPANA QEDER YANIMIZDA TEMENNASIZ SAXLAMISIQ.XESTELENMIS AZERB.QIZI SAGALANA QEDER BAXMISIQ. QALDIQLARI EVI SEL SULARI BASMISH BACI-QARDASH BIZIMLE QALIB.SONRA QALDIQLARI EVI LILDEN TEMIZLEMEKDE YARDIM ETMISIK VE S.VE I.BU DEMEK DEYIL KI,KIMDENSE ZERER GÖRMEMISEM.HEYATIMI ITIRE BILECEYIM QEDER ADINA DOST DEYEN SIZ FIKIRLIDEN BURDA PISLIK GÖRMÜSEM,ANCAQ MILLETE YAXMAMISAM.GELIN ÖZÜMÜZDEN BASHLAYAQ.
Yoldaş dadaşyev...... Mən dedim axı, hər cürə azərbaycanlı görmüşəm, o cümlədən, ölkədən kənarda. Məgər ölkə daxilində müasir dövrün ən məşhur azərbaycanlısına “fındır baş” deyib onu ələ salan məmur azərbaycanlı deyildi, yaxud bu azərbaycanlının Fəxri xiyabanda dəfn olunmasına qarşı yaradılan mütəşəkkil dəstə azərbaycanlılardan ibarət deyildi??? Mən azərbaycanlı deyəndə birinciləri fikirləşirəm, ikinciləri yox. O ki qaldı başımın daşdan-daşa dəyib ağıllanmağıma..... artıq mənimdə yaşım o yaş deyilki hər kəsə inanım və əgər məni kimsə evinə buraxmırsa ilk növbədə fikirləşirəmki, niyə, mən nə etmişəm????....)))))))))) mərdi qova-qova namərd edirlər, Gizir. Əgər millətin sizin kimi, GM kimi ziyalıları varsa, onların deməyə sözü, yazmağa imkanları varsa, deməli ümid də varki indiki qaranlıqlar çəkiləcək. Ələk-xəlbir isə ən sonda olur, yoldaş dadaşyev....ancaq irəli!!!
Bəli hər yerin oğurusu,qulduru var...ancaq heç kim biz qədər bu yolun yolçusu olmağa can atmır.Bizdə gecə mamasının ətəyindən tutub həyətə çıxan oğlan da ``vor zakon`` təəssübkeşidir.Oğurluq,quldurluq üstündə həbsxanaya düşənlərimizin əksəriyyəti ``orada`` gündə 5 dəfə namaz qılır.Və azadlıqda ``sənətini`` davam edəcəyini danmır da.Nəyisə,G.M-da səhv axtarmaqdansa dərdimizə çarə arayın. millətimizi belə zəlil günə qoyan mühiti lənətə gəlsin.