ABŞ prezidenti Tramp növbəti dəfə İran inqilabçılarına dəstək verib.
"AzPolitika.info" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkə üzərindən inqilabçı İran xalqına müraciət edib. İnqilabçı xalqa dəstək verdiyini açıq-aşkar qeyd edən Tramp, onlara dəstək veriləcəyini də qeyd edib: "İran xalqına bu cür hörmət onların korrupsiyalaşmış hökumətini geri almağa çalışır. Siz Amerika Birləşmiş Ştatlarından doğru zamanda böyük dəstək görəcəksiniz!"
Xatırladaq ki, İranda bir neçə gündür hökumət əleyhinə davam edən mitinqlərdə 30-dan çox insan həlak olub.


Şərhlər