Menu

Belçikada limanda 7 ton kokain aşkarlanıb

04.01.2018, 00:39
Belçikada limanda 7 ton kokain aşkarlanıb

Belçika Gömrük Xidmətinin əməkdaşları tərəfindən Antverpen limanında 7 tona yaxın kokain aşkarlanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, narkotik maddə banan dolu qutularda gizlədilib.

Yükün son təyinat məntəqəsinin Niderland olduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol