Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.
Bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.
V.Şükürov bildirib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib: "Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək".
Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.


Şərhlər
Op agsaqqal,op,ele opku yolnan geden dayansin,
Ele opku yuxumuz erwe qalansin,
Ele opku yatmiw bextimiz oyansin,
Ele opku yaziq millet oyanmasin!
opulesi muellimedi, opub catdiranmasan ,cagir opmek hesretinde olanlarda haqq dadina catsinlar!
Röya xanım haqlıdır.Bir tək müğənnidir ki hamı onu sevir.Mənim isə canım-ciyərimdi bu müğənni.Hər zaman Azərbaycan estradasından nəsə dinləmək istəsəm,yalnız Röya xanımı dinlərəm,bəs edər.Uğurlar sənə Röyam.Yoldaş dadaşyev səni çox sevir.Öpürəm.