Menu

“İnterpol”un axtardığı azərbaycanlı qadın Türkiyədə saxlanıldı

04.01.2018, 11:19

Interpol-130207-big“İnterpol” xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb.

“Report”un məlumatına görə, dələduzluq törətməkdə təqsirləndirilən Samirə Ələkbərovanın Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsi tərəfindən 1977-ci il təvəllüdlü Ələkbərova Samirə Ramiq qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarış elan edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol