2017-ci ildə Azərbaycan manatının dollara nisbətdə rəsmi məzənnəsi 3,9871 faiz (0,0706 manat) möhkəmlənib.
Trend-in məlumatına görə, ötən ilin yekunu üzrə orta çəkili məzənnə bir dollara nisbətdə 1,7205 manat təşkil edib.
Manatın dollara qarşı məzənnəsinin pik göstəricisi fevralın 1-i və 2-də qeydə alınıb - bir dollara nisbətdə 1,92 manat.
Minimal göstərici isə dekabrın 6-da qeydə alınıb və dekabrın 12-dək bu səviyyədə qalıb - bir dollara qarşı 1,7 manat.
Hazırda rəsmi məzənnə bir dollara qarşı 1,7001 manatdır.


Şərhlər
Bu məlumatı yazanlar düşünə bilirlərmi ki, manat dollara qarşı 0.78 manat-1 dollar olduğu halda birdən birə 1.72 manat -1 dollar oldu.Bu 118faiz bahalaşma (uçuzlaşna ) qarşısında 3.9 faiz gülmli görünmürmü.Halbuki manatın 118 faiz ucuzlaşması dünyada gedən proseslərlə əlaqədar ola bilməzdi.Bunun kökünü üzə çıxaran varmı?
Bunun qarşılığında əmək haqları,pensiyalar,müavinətlər isə donduruldu.Budurmu sosial ədalət!