Menu

İranda terrorçularla atışmada 3 hərbçi həlak olub

04.01.2018, 17:34
İranda terrorçularla atışmada 3 hərbçi həlak olub

İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində terrorçularla atışmada 3 hərbçi həlak olub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin ETTELAAT İdarəsi yayıb.

Bildirilib ki, terrorçular hərbçilərlə atışarkən, yerli dinc sakinlərdən qalxan kimi istifadə ediblər.

Məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 3-ü yaralanıb. Terrorçulara məxsus çoxlu sayda silah-sursat, hərbi avadanlıq, informasiya vəsaiti aşkarlanaraq götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol