Menu

Boğazında qoz qalan 7 aylıq qız ölüb

05.01.2018, 10:17
Boğazında qoz qalan 7 aylıq qız ölüb

Sabirabadda 7 aylıq körpə boğazında boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Əsədli kənd sakini, 7 aylıq Mənsimli Münəvvər Allahverdi qızı boğazın qırtlaq hissəsində yad cismin qalması şikayəti ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin körpənin asfiksiya (boğulma) nəticəsində xəstəxanaya gətirilərkən yolda öldüyü müəyyənləşib.

Onun boğazında qoz qaldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol