Menu

HORADİZ ƏMƏLİYYATI - Erməni bayrağı ayaqlar altına belə atılmışdı (VİDEO)

05.01.2018, 11:05
HORADİZ ƏMƏLİYYATI - Erməni bayrağı ayaqlar altına belə atılmışdı (VİDEO)

Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 24 ili tamam olur.

Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusu mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini (Cocuq Mərcanlı kəndi) erməni işğalçılarından azad edib.

Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb, 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Təəssüf ki, Milli Ordunun o vaxtki zəfər yürüşü davam etdirilmədi... Necə deyərlər, zəfər yürüşü yarımçıq qaldı...

Bu gün yanvarın 5-i saat 15-də Şəhidlər xiyabanında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olmuş Horadiz əməliyyatının növbəti ildönümü anılacaq.

Həmin döyüşün sonundan qürurverici görütünü təqdim edirik.

Şərhlər

Bəhram Qarabağlı 2018-01-05 11:05:51

Horadüz əməliyyati çox əla və uğurlu! Bəs, "Atəşkəs(təslim) müqaviləsi" nəyə gərəkdi? Haylar Azərbaycanın yalnız bayrağımızı yox, əhalimizə və qanunlarımıza qarşı cinayətlə 20%-dən çox ərazini də işğal edib. Deyəsən axı, 23 il işğalda saxlayıb və bir kəndini belə qaytarmamasını qələbə kimi qeyd etmir? Görəsən, ötən dövrdə Azərbaycan dövləti işğal-cinayətinə qarşı respublikada və Avropada neçə hüquqi məhkəmə iddiası qaldırıb?

Sayta 2018-01-05 11:05:51

Hormetli sayt(redaksiya,R.Q.),by boyuk qelebe munasibetile Azerbaycan xalqini ve sizi tebrik edirem!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol