Menu

"Ərdoğana görə 2 milyonluq atımla gələrəm"

04.07.2014, 23:08
"Ərdoğana görə 2 milyonluq atımla gələrəm"

"Türkiyə Baş naziri Ərdoğan Yaxın Şərqin lideridir. Lazım olsa, atımla gəlib, onun seçki kampaniyasında iştirak edərəm". Axar.az xəbər verir ki, bu sözləri əfqanıstanlı iş adamı Kamal Sadat deyib.
Ərdoğanın prezidentliyə namizəd olması Türkiyə xaricində də müsbət qarşılanıb. Sadat bildirib ki, Ərdoğan İslam dünyasının, Yaxın Şərqin və Mərkəzi Asiyanın lideridir.
Sabiq Melburun konsulu Kamal Sadat Ərdoğanın namizədliyinin Əfqanıstanda böyük sevinclə qarşılandığını vurğulayıb.
Qeyd edək ki, Kamal Sadatın atının dəyəri 2 milyon dollardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol