"Ölkə banklarının aktivləri bir il ərzində 5,5 milyard manat azalıb.".
Bunu azadlıq.info-ya açıqlamasında iqtisadçı ekspert Nemət Əliyev bildirib. Onun sözlərinə görə, ölkə banklarının aktivləri bir il ərzində 5,5 milyard manat azalıb:
"Əli pulla oynayan banklar bu vəziyyətə düşübsə, indi görün imkanları çox-çox aşağı olan sahələrdə vəziyyət necə bərbaddır…
Maliyyə bazarlarına Nəzarət Palatasının 01.12.2017-ci il və 01.12.2016-cı il tarixlərə açıqladığı məlumatlardan aydın olur ki, ötən bir ildə maliyyə institutlarının banklarda yerləşdirdiyi depozitlərin həcmi 66 faiz (3 milyard manata yaxın) düşüb. Bankların bir-birindən cəlb etdiyi kreditlər isə bu dövrdə 90% (1,4 milyard manat) azalıb. Fiziki və hüquqi şəxslərdən cəlb olunan depozitlərin səviyyəsi də aşağı düşüb. Qeyd edilən dövrdə Mərkəzi Bankın tutduğu yol onsuz da ağır vəziyyətdə olan bank sektoruna növbəti zərbə vurub: ölkədə 15 faizlik uçot dərəcəsi tətbiq edən Mərkəzi Bankdan kommersiya banklarının cəlb etdiyi vəsaitlərin həcmi 68% və ya 1,1 milyard manat azalıb.
Belə acınacaqlı vəziyyətə düşmüş banklarla irəli getmək mümkün deyil. Bank sektoruna münasibətdə tətbiq olunan idarəçilik zehniyyətindən, nəhayət, yaxa qurtarmaq lazımdır. Bilmək lazımdır ki, Mərkəzi Bankın yürütdüyü hazırkı pul-kredit siyasəti iqtisadi fəallığı nəinki stimullaşdırmır, əksinə, daha da zəiflədir".


Şərhlər
Toyxananın passiv vaxtında gördüm gitaraçalan müğənniyə ahəstəcə deyir ki,manıs,bir şey oxu,camaat dağılmasın.O da boynunu qaşıdı,düşündü daşındı,dedi deyirəm bəlkə "do"dan Çahargah başlayım,"mi"də Segaha keçim,ordan Heyratıdan bir ağız "fa"dan döyüm,sonra qayıdım "dp"ya Çahargaha,sonra da "si"dən...Gitaraçalan dözmədi,dedi ayə nə p... istiyirsən ye,amma tez elə,camaat dağılır.
Cənab Elman bəy Rüstəmovun dövlətin bank və bankçılıq sektorunda "yürütdüyü məqsədyönlü ataloqsuz inkişaf proqramı" nəticəsində yazığın başında tük də qalmayıb, banklarımızda bu "inkişafın" nəticəsində cüt-cüt çezirlər, axırda da yenə millət əziyyət çəkir, əzilən də banka pul qoyan millət olur.
P.S. "ona görə sağ olsun Rüstəm bəy!"