Menu

Rusiyalı senator: ABŞ sazişə razıdır

06.01.2018, 22:57
Rusiyalı senator: ABŞ sazişə razıdır

ABŞ Dövlət katibi Reks Tillersonun Rusiyanın kiçik və orta mənzilli raketlərin ləğvi və strateji hücum silahlarının azaldılması sazişi ilə bağlı verdiyi açıqlamalar Vaşinqtonun sazişə hazır olduğunu göstərir.Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib. O bildirib ki, Tillersonun açıqlaması onu göstərir ki, onlar bunu müzakirə etməyə və ya razılıq əldə etməyə hazırdılar.

Qeyd edək ki, ABŞ kiçik və orta mənzilli raketlərin ləğvi barədə razılaşmadan çıxacağı ilə bağlı yayılan xəbərlərdən sonra Ağ Ev bunu təkzib etmişdi. Onlar ABŞ-ın razılaşmadan çıxmayacağını və öhdəliklərini yerinə yetirəcəklərini bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol