"İranda azərbaycanlıların nə vaxtsa öz azadlıqları uğrunda mübarizə aparması faktı ilə rastlaşmaq mümkün deyil"
Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev İrandakı siyasi təlatümlərlə bağlı Ovqat.com saytına müsahibə verib. "AzPolitika" eks-spikerin mübahisəli fikirlərlə zəngin müsahibəsini təqdim edir:
- İranda nə baş verir? Üsyanlarda xarici amil nə dərəcədə rol oynayıb?
- İranda həyat səviyyəsi Azərbaycandan ən azı 2 dəfə (aylıq orta əmək haqqı 470 dollardır) yuxarıdır. Bu ölkədə sözün əsl mənasında vətəndaşlar üçün yüksək səviyyəli pulsuz tibbi xidməti var. İnstitutlarda rüşvət almırlar. Qiymətlər Azərbaycanla müqayisədə 30 faizdən tutmuş 2 dəfəyə qədər ucuzdur.
İranda seçkilər molla siyasi şurasının nəzarəti altında aparılır, ancaq saxtalaşdırılmır. Parlament üzvlərini və prezidenti xalq seçir. Son prezident seçkisində molla şurasının dəstəkləmədiyi Ruhani yenidən seçildi və Xamneyi seçimlə razılaşmalı oldu. İranda bütün türk əsillilər ümumi əhalinin təqribən 30 faizini təşkil edir. Sual ortaya çıxır: nə üçün maaşı 2 dəfə az, səhiyyə və təhsili rüşvət və korrupsiya içərisində olan, insan haqlarının tapdalandığı, həmişə bütün seçkilərin saxtalaşdırıldığı, kölə vəziyətində olan biz azərbaycanlılar səsimizi çıxarmırıq, iranlılar isə rejimə qarşı mübarizəyə qalxır? Bu suala cavab tapmaq üçün bir qədər tarixi araşdırmaq lazımdır.
Dünyanın ilk imperiyalarından (2500 il bundan öncə) biri olmuş İranın dövlətçilik ənənələri çox güclüdür. İran, dövlətçiliyini çox qısa bir müddətə Teymurləngin vaxtında itirib və yenidən bərpa edib. İran imperiyası Hindistandan tutmuş Aralıq dənizinə qədər, böyük bir ərazini əhatə edib. Bizim ağılsız alimlərimiz Azərbaycanın tarixini İranın tarixindən ayırmaq istəyirlər. Belə bir siyasət Sovet imperiyasının yaratdığı yalançı siyasətdir. Və bu günə qədər “azərbaycanlılar türkdür, İran imperiyası isə farslarındır” kimi ideyalarından əl çəkməyən nadanlar öz əsassız düşüncələriylə azərbaycanlıların qədim xalq olduğunun üzərindən xətt çəkməyə çalışırlar. İranda (başıboşların iddia etməsinə baxmayaraq) azərbaycanlıların nə vaxtsa öz azadlıqları uğrunda mübarizə aparıb İranın tərkibindən çıxması tarixi faktı ilə rastlaşmaq mümkün deyildir. 1905-1911 –ci illəri Səttarxanın Azərbaycan uğrunda mübarizə apardığını iddia edənlər tarixi faktlardan xəbərsiz nadanlardır. 1908-ci ildə İranın yeni konstitusiyasını (demokratik yolla seçilmiş parlamenti) ləğv etmək istəyən şaha qarşı bir çox şəhərdə üsyana qalxdılar. Şah qoşunlarına (40 minlik orduya) ən güclü müqavimət Səttar xanın başçılığı ilə Təbrizdə göstərildi. Səttar xanın yaratdığı qoşuna İranın bütün əyalətlərindən konustitusiyaçı farslar, kürdlər və başqaları da toplaşmışdılar. Onların davası regional dava deyildi, konstitusiyanın bərpası davası idi.
İranda zaman-zaman xalq rejimə qarşı ayağa qalxıb. 1920-ci ildən bu günə qədər xalqın gücü ilə ən azı 5 dəfə rejim dəyişilib. Bu xalq hərəkatlarında Təbrizin həmişə aparıcı rol oynadığını iddia edənlər sadəcə olaraq yalan danışırlar. Ən azı Xomeyni inqilabını Tehran həyata keçirdi. 2009-cu il prezident seçkilərinin saxtalaşdırıldığını iddia edib, mitinqlər keçirənlər, əsasən, Şiraz və Tehrandan olublar, Təbrizdən yox. İndi də Azərbaycanın yaşadığı regionlar ayağa qalxmadılar - nə üçün? Məgər onların vəziyyəti başqa şəhərlərdə yaşayanlardan daha yaxşıdırmı? Yox!
Azərbaycanlılar İranda passivlik göstərirlər. İrandan Ermənistana neft və qaz, ərzaq və başqa məhsullar daşınır və İran Ermənistanın iqtisadiyatında çox mühüm rol oynayır. Bütün bu məhsullar Ermənistanla sərhəd olan azərbaycanlıların yaşadığı regionlardan daşınır. Ancaq indiyə qədər bir dəfə olsun azərbaycanlılar bizim torpaqları işğal etmiş ermənilərə məhsul göndərməyə etiraz etməyiblər. Kiçik bir təxribat belə etməyiblər.
İranda rejimə qarşı mübarizələr dalğası əsasən farslar tərəfindən təşkil edilir. Hər dəfə olduğu kimi, bu dəfə də Məşhəddə (İranın 2-ci ən böyük şəhəri) başlanan iqtisadi tələb hərəkatı Rəşt, İsfahan, Tehran və başqa şəhərlərə keçdi, tələbələrin kütləvi şəkildə siyasi tələbləri ilə davam etdi. İranda inqilab yetişmək üzrədir. Gənclər islam fundamentalizmi rejimini qəbul etmək istəmir, sivil həyata can atır, rejimin əsas dayağı kimi yaradılmış elit zümrə sayılan jandarma və xəfiyyəni qəbul etmirlər. Molla siyasi bürosu və onun rəhbəri Xameneyinin heç kimə hesabat vermədən ölkəyə ixracatdan gələn valyutanın xərclənməsinə rəhbərlik etməsi etirazların əsas səbəblərindəndir. Jandarma, polis və digər silahlı qüvvələrin, xarici ticarət və siyasətin ancaq molların əlində toplanmasından, prezident və parlamentin heç bir rolunun olmamasından narazı olan İran xalqı partlamağa hazırdır. Xüsusilə, son 2 ildə sanksiyalardan azad olmuş İrana daxil olmuş 100 milyard dollara yaxın vəsaitin Xameneyi tərəfindən Suriya rejiminin müdafiəsinə, Hizbullah və Həmasın möhkəmlənməsinə, Yəməndə vətəndaş müharibəsində Husilərə xərcləməsindən qəzəblənən iranlıların səbr kasası dolmaq üzrədir. Sanksiyalar aradan qaldırılandan sonra iranlıların həyat səviyyəsinin aşağı düşməsinin absurdluğunu dərk edən gənclər rejimlə mübarizədə daha da qətiyyət göstərəcəklər.
İrandakı hərəkatın vüsət almasında xarici faktorun, daha doğrusu, ABŞ-ın rolunu danmaq mümkün deyil, ancaq bu çox cuzidir. Əsas faktor iranlıların narazılığının yüksək olmasıdır. Xarici faktoru əsas faktor kimi qələmə vermək bütün diktatura rejimlərinə xasdır.
Məsələn, RF rəhbərliyi ölkəsinin düşmən qüvvələr tərəfindən əhatə olunduğunu, ona qarşı aparılan mübarizəni rus xalqının pis yaşamasının səbəbi kimi göstərir və insanlarda xaricilərə nifrət, öz liderinə isə məhəbbət hissini gücləndirir.
Eynilə, bizimkilər də Azərbaycan xalqın vəziyyətinin ağır olmasının səbəbinin ermənilərdən qaynaqlandığını bar-bar bağırır, öz əcaib siyasətlərini davam etdirirlər. Hərbə çox pul xərcləməyə məcbur olduqlarını camaatın gözünə soxurlar. Yaratdıqları rejimin yaramazlıqlarını aradan qaldırmaq barədə isə heç düşünmürlər, çünki buna intellektual imkanları çatmır. Halbuki, Avstriya ilə Çexiya, əhalisinə və sahəsinə görə Azərbaycana bənzər ölkələrdir və hər ikisi hərbə Azərbaycandan çox pul xərcləyir, vətəndaşları isə azərbaycanlılardan azı 5 dəfə yaxşı yaşayır. Tutaq ki, azərbaycanlılar bunu anlamır, kölə həyatlarından razıdır. Bəs, özlərini bu xalqın elitası hesab edən vəzifə sahibləri nə üçün bu elementar şeyləri görmək istəmirlər?
İran xalqı xarici faktorlar olmasa da, indiki rejimi dəyişməyə cəhd edəcək. Xarici dəstək sadəcə onları öz mübarizələrinə həvəsəndirir.
- Maraqlı bir məqama toxundunuz. Bildirdiniz ki, İrandakı gərginliyin başlıca səbəbi molla siyasi şurasının Yaxın Şərqdə apardığı mübarizənin ölkə iqtisadiyyatına vurduğu zərbədir. Sizcə, bu böhrandan sonra İranın xarici siyasətində hansısa dəyişiklik olacaqmı?
- Xarici siyasətdə elə bir dəyişikliyin olacağını gözləmirəm. Ola bilər ki, Xameneyi yaramaz təşkilat və vətəndaş müharibələrini maliyyələşdirməyi bir qədər azaltsın.
- Sözlərinizdən belə anladım ki, Cənubi Azərbaycan probleminin yenidən qabara biləcəyinə inanmırsınız...
- Cənubi Azərbaycan problemi nə vaxt qalxmışdı ki, yenidən qabarsın?
- Mahmud Cöhrəqanlı vaxtaşırı çıxışlarında, o cümlədən son vəziyyətlə bağlı açıqlamalarında Cənubi Azərbaycan məsələsini qaldırır...
- Siz əgər Çöhrəqanlı kimi dünyadan xəbərsizlərin sözlərini əsas götürüb Cənubi Azərbaycan problemi olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Amerikada çoxlu iranlı yaşayır. Mən bir dəfə belə olsun, nə Nyu York, nə də Kaliforniyada yaşayan iranlıların ağzından “mən cənubi azərbaycanlıyam” sözünü eşitməmişəm. Hamısı özünü iranlı sayır və həmişə millətindən asılı olmayaraq iranlılar kimi toplaşırlar. Heç kim İranı farslarınkı hesab etmir.
- ABŞ, İran məsələsini BMT TŞ-da qaldırmağa çalışır. İkinci İraq və ya Əfqanıstan ssenarisimi hazırlanır?
- İraq və Əfqanıstan ssenarisi olmayacaq. Maksimum, ABŞ İranın nüvə obyektlərini bombalayar, qalan işi (yəni rejimi yıxmağı) İran xalqının özünə həvalə edər.
- Bəs, Rusiya necə, bu durumda İranı qurban verə bilərmi? Moskvanın buna reaksiyası necə olar?
- Rusiya kimdi ki, İranı qurban versin və ya xilas etsin? İqtisadi vəziyyətinə görə özü ayaq üstə zorla dayanır. Həmişə özününkü hesab etdiyi Ukraynanı itirən Rusiya, indiki vəziyyətində əbədi düşməni olan İranda heç bir şey edə bilməz.
- Xüsusilə Fransanın timsalında Avropa ölkələrinin İrana daha mülayim yanaşdığını görürük. Bu yanaşma Qüds məsələsində də müşahidə olundu. Daha əvvəl isə Liviyaya hərbi müdaxilə zamanı ABŞ da Fransa və İtaliyanın başlatdığı əməliyyatda kənardan izləmə mövqeyi tutmuşdu. Dünya yeni qübtləşməyəmi gedir?
- Liviya ilə əlaqədar Fransa ilə ABŞ arasında elə bir fikir ayrılığı olduğu ilə razılaşmaq olmaz. Çünki Beqazi və Tripol arasında hərəkət edən Qəddafi tanklarını Amerika təyyarələri vurdu və heyət tankları qoyub qaçdı.
Prezident Makronun siyasətinə gəlincə, bu, Fransanı Avropanın aparıcı dövlətinə çevirməyə hesablanıb. Fransanın prezidentləri zaman-zaman ölkələrinin Avropanın super gücünə çevrilməsini arzu edirlər, ancaq bu, arzu olaraq da qalır. Məsələn, Makronun “İngiltərə Avropa İttifaqından çıxıb, ona görə də fransız dili avropanın dilinə çevrilməlidir” kimi yungül çəkili bəyanatları təəccüb doğurur. Qudrətli Almaniya və alman dilli, köklü avropalılar heç vaxt Fransanı birinci yerə buraxmazlar. Fransanın şirkəti “Total” İran neft kompaniyası ilə 5 milyard dollarlıq saziş bağlayıb. Makronun İranla əlaqədar tutduğu mövqe “Total”ın maraqlarını qorumağa xidmət edir. Ancaq Fransanın ixracatı ABŞ-dan asılıdır. İranın 5 milyard dollarlıq sazişinin fonunda Fransanın ABŞ-la bir neçə 100 milyardlıq ticarəti daha möhtəşəm görsənir. Ümumiyyətlə, Avropa dövlətləri ABŞ-dan çox asılıdırlar və sözsüz ki, heç bir ciddi qütbləşmə gedə bilməz.
- Azərbaycan hakimiyyətinin İrandakı proseslərlə bağlı təmkinli siyasəti nə dərəcədə doğrudur? Axı bizim liderlər vaxtaşırı 10 milyonun deyil, 50 milyonun adından danışırlar. İndiki laqeydliklə 50 milyonun liderliyi iddiası bir araya sığırmı?
- Azərbaycan hökumətinin hansı təmkinsiz siyasət apara biləcəyindən söhbət gedir, anlaya bilmirəm. 50 milyonluq deyəndə İranda 40 milyon azərbaycanlının yaşadığı iddia olunursa, bu da göydən götürmə bir rəqəmdir. Çünki İranda, maksimum 20 milyona yaxın türk əsilli (türkmənlər də bu qrupa aiddir) yaşayır. İranın ən böyük şəhərlərindən biri olan Təbrizdə 1.5 milyon, Ərdəbildə isə 600 min əhali yaşayır.
Məsələ onda da deyil. İrandakı azərbaycanlılar nə vaxtdan onların adından danışmağı bizimkilərə həvalə ediblər? İrandakı azərbaycanlılar müstəqil ölkədə yaşayan azərbaycanlılara yuxarıdan aşağı baxır, nə vaxtsa yenidən İranın tərkibinə daxil olaraq, "normal insanlara" çevriləcəklərinə inanırlar. Ümumiyyətlə, Azərbaycan RF-na, İrana, Türkiyəyə və Qərbə yaxınlığını canfəşanlıqla sübut etməyə çalışmaqdan və ya bu cür görsənməkdən başqa heç bir siyasət apara bilməz.
Söhbətləşdi: Heydər Oğuz

Şərhlər
nehayet bir aqilli meqale gordum, Resul bey cox duzgun tehlil edib, ola biler ehalinin sayinda bir mln awaqi yuxari var amma meqle cox duzgun tehlil olunb, cunki ozum 3 ay Tehranda yawamiwam ve wexsen wahidi olmuwam...
Tehranda 12 milyon turkun yawadiqini deyen kes goren nece defe Iranda olub ,hansi weherlerde demoqrafiq melumatlari oyrenib tehlil edib .Ilahi bu millete ozun rehm ele."hormetli" oxucu bu adamin wexsiyyeti ile iwim yox deyir ki senin dediyin Azerbaycnlilar bir defe de olsun bele Ermenilere edilen komeye etiraz etmiyibler.Sen ise werhde yazirsan ki orda yawayanlar AzArbaycanlilardi.Bele cixir ki komek edenler ele Azarbaycanlilardi ancaa Fars dilinde daniwirlsr.Bu qeder savadsizliq ve sosial webekeler de-pas
Tehranı baş şəhər kimi Qacarlar seçmişdi və ora ilk anlarda farsların köçməsi qadağan edilmişdi. İranda iki dil vardı rəsmi qeyri rəsmi. İşdə farsi evdə türki. Farsların tehranda çoxalması pəhləvilər devri baş vermişdi. İndi mollalar baş şəhəri Quma köçürmək istəyirlər, çünki şəhər türk şəhəridi. Bunların hamısı qorxudandı.
R.Quliyevin Təbriz əhalisi və digər rəqəmlərlə dediklərini təsdiq edəmmərəm.çünki,xəbərsizəm.Yalnız bunlardan savayı dedikləriylə razıyam.Qarabağda işğal altındakı Rayon,şəhər və kəndlərimizi iranlılar söküb,daşıyıb aparırlar..irəvan məsçidində namaz qılırlar.Ancaq Ağdam məsçidindəki,mal, donuz fermasına bir söz demirlər.Ona görə də Farslar onlara ``Millət`` demirlər.Təəssüf edirəm ki,irandakı həmvətənlərimizin çoxluqda olan hissəsi sivil Dünyayla,müasir həyatla ayaqlaşmırlar.
Mən özüm əslən ordanam mənə nağıl danışma, sadəcə Rəsul bəyin açıqladığı görüş tam paniranislərin yəni şaquluların nöqteyi nəzəryəsidi 2500 illik imperiya və sair bunların hamısı pəhləvirin uydurduğu tarixdir. 1-si bunu biləsus 10-cü əsrdən başlayaraq persiyanı əhli türk idarə etmişdir. Bircə 1925-1979 xaric olmaqla pələvilərdə həmişə ana tərəfindən türk olmuşdur. İndidə İranı idarə edən türklərdi. Sadəcə idarəetmdə olan manqurtlaşmış molla məmuridi, vaxtilə arazın bu tərəfində olan komsomol kimiləri bu manqurt tiplər sistemin birələridi hakimiyətə min cür yolla keçib qan sorurlar. O ki qaldı Tehrana çıxın şəhər əhali ilə söhbət edin bazar dükan hamsında alver türkçədi
resul lele yene viskiden vurub yuxusuna haram qatib deyesen.
Qeyri-dəqiq və "yersiz" əhali sayı istisna olmaqla çox maraqlı və müqayisəli müsahibə alınıb. Şərhçi və izləyicilərə də müəllif kimi kənar, xüsusilə də neytral-əcnəbi qeydlər zəruru düzəliş verə bilər. Müstəqil Azərbaycanın milyonlarla (qaçqın və d.) vətəndaşının hakimiyyətinin eşidib həll edə bilmədiyi qayğıları haqqında xarici liderlərin (V.Jirinovski A.Merkel və d.) çox qabarıq və operativ ifadələri xalqa-ölkəmizə yalnız fayda verə bilər.
Rəsul bəyin İranın əhalisinin sayı barədə fikri sıfıra bərabərdi, təhcə Tehranın əhalisinin sayı 13 milyon yarımdır və bunun 12 milyonu türkdür. Bu qədər, yəqin İranın Amerikada olan şahquluları (şah rejiminin tərafdarları)ilə dil tapıb başını girləyir. Bizi milləti 1993-1995-cı illərdə quyuya salıb (güya bilmirdi təriflədiyi rəhbər Azərbaycanda rüşvətin banisi olub) rahat həyat üçün özünə Amerikanı seçən bir siyasətçidi. Ondan Azərbaycan türklərinə gün ağlayan olmayacaq. İngilis bayrağı kimi harda aş var mən orda başdayam (dağıtmaq və mənimsəmək üçün) məntiqi. İqtidardakılarda onun kimi yırtıcı akulalardı sadəcə bəzi məqamlarda maraqları bunlarla üst-üstə düşmür deyə müxalif yöndən danışır
Məsələ milyonlarda deyil. Olsun lap 100 milyon, bu milyonlar öz talelərini kölə kimi yaşamaq istəyirlərsə onlardan danışmaga dəyməz. Korolenkonun təbirincə desək, sürünmək üçün doğulanlar uça bilməzlər....
URMİYƏ-2-milyon.ƏRDƏBİL-1-milyona yaxın.TEHRAN-5 milyon təmiz AZƏRBAYCANLI. Üstə ğəl diğər yerləri.RƏSUL lələ
Rəsul əkə elə danışır ki elə bil fars statistika idarəsainin rəisidir. Fars statistikası düzgün məlumat vermir. İran əhalisinin 60 faizi türkdillilərdir. Farslar isə ruslar kimi azalan millətdirlər.
Azerbaycanda 54 siyasi partiyalar vardir ve Dovlet budcesinden
maliyye yardimi alirlar.
Eger, tecrubeli bir polittexnoloq, bu siyasi partiyalari
(YAP -siz) birleshdirmek uchun TESHKILAT yaratsa ve neticede
VAHID SIYASI KOALISIYA tesdiq edilse, prezident sechkisine bu KOALISIYA-dan NAMIZED ve XALQIN SECHKIYE NEZARET KOMITESI resmi qeydiyyatdan kechenden sonra, sechki menteqelerinde bulletenlere CIDDI NEZARET mumkundur.
RƏSUL BƏY GƏRƏKDİR Kİ SİZ OZ OLKƏNİZİ TƏRK EDİB, XARİCƏ QACMAYARDİZ. BƏLKƏ BURDA SİZİN FƏALİYYƏTİNİZ DAHA MƏQBUL OLARDİ. İNDİ ABS DA OTURUB VERDİYİNİZ MESAJLAR O QƏDƏR DƏ MARAQLİ GƏLMİR. UZAĞİ SİZİ HƏBS EDƏRDİLƏR. MƏGƏR SİZƏ GORƏ HƏBS OLUNANLARDAN NƏYİNİZ ARTİQDİR? HƏRDƏN FİKİRLƏSMƏK OLUR Kİ SİZ BİR MEDALİN İKİ UZUSUZ. YAQİN NƏ DEDİYİMİ BASA DUSDUZ. AXİ ARİFƏ BİR İSARƏ YETƏR DEYİBLƏR. İAP REZİDENT FİLMİNDƏ OLDUĞU KİMİ.
Elçin, siz irandansinizsa, bu haqda
"Ancaq indiyə qədər bir dəfə olsun azərbaycanlılar bizim torpaqları işğal etmiş ermənilərə məhsul göndərməyə etiraz etməyiblər. Kiçik bir təxribat belə etməyiblər."
ne deye bilersiniz? Ola bilermi ki, iranda yaşayan ekser azerbaycanlilarin (Oguz Turklerinin) beyninde bir arvad bir de gundelik çorek pulundan bashqa hec ne yoxdur?:)
Ozunden cox razi insanin bilmediyi mesele haqqinda cox savadsiz musahibesi.Heyif
Azerbaycan,Borcali,Iravan, Derbend Turklerinin, merkezi Tebriz, olacaq gec-tez.Yatmis Aslanlar bir gun,oyanar ALLAHIN komeyi ile, INSAALLAH!!!
Yatıb,altını zir-zibillə batırmış Aslanı durğuzsalar,aşıb o biri böyrü üstə yatacaq.Siz deyən Aslanlar Gürcüstanda,Ukraynada....Tehranda toplum halında yaşayırlar..
Ola bilsin ki, Elçibəy kiminsə xoşuna gəlməsin amma Arazın o tayında bir milli lider kimi tanımışdır (inanın çox ailələrin evlərində portreti vardır) və birinci səfər İran türkləri barədə məsələ qaldırandı. Bəli İran molları və ruslar onun türkçü olduğu üçün hakimiyyətdən getməsinə kömək etmişdir. İndi siz insafnan danışın Çöhrəqanlını niyə Azərbaycana buraxmadılar. Dövran o dövran deyil İran türklərinin arazın bu tərəfindəki, müstəqil Azərbaycana baxışı günbə-gün dəyişir. İranda türklər hərəkətə qoşulmadıqca heç bir inqilab olmayacaq, çünki əhalinin çoxu onlardan ibarətdir. Hal-hazırda Amerikada yaşayan şah tərəfdarları inqilabla yenə hakimiyyətə qayıtmaq bu səfər türkləri şah adınnan idarəetmək arzusundadır. Bu baş verən hadisələr barədə Güney Azərbaycan liderlərinin bir fikirlərinə qulaq asın sonra danışın onlar isə deyirlər biz bu hərəkatda yoxuq, çünki Amerika şahquluni qaytarmaq istəyir. Dövran o dövran deyil ki, 1926-cı ildəki kimi ingilislər türklərdən hakimiyyəti alıb pəhləvilərə versinlər. Birdə bunu bilin İranda türklər təhcə Azərbaycan vilayətində yaşamırlar. Bu səbəbdən əgər İranda nəyisə dəyişmək istəyirlərsə yalnız türk amilinə dayanaraq edilməlidi onda nəsə baş tutacaqdır
coooooooooooox sax ol dostum oldum gulmekden
Elçin bəy, heç bir uydurmaya uymayın. Türkiyədə 95 il öncə heç bir milyon hay yaşamırdı. Ancaq, 20 nazirin 13-nün yerini hay tutmuşdu. Atatürk dəstəsi ilə qalxmasaydı (sanki Surət allanmasaydı) Türkiyə mütləq parçalanacaqdı. Elçibəy də Kremmlə Naxçıvan arasında müvəqqəti fiqur imiş. İranda azərbaycanlılar azdır və hakimiyyətdə yerləri heç haylar qədər də deyil. "Biz, azərbaycanlıyıq!" şüarı buraxmaqdansa müstəqil bir dövlət kimi öz problemlərimizi qətiyyətlə bir-bir özümüz həll etməliyik.
Qaqa dedim əslim ordandır, Qarabağda vuruşanda rəsul kimiləri pul və vəzifə davadalaşı aprırdı. Mən bir azərbaycanlı kimi döyüşlərdə iştirak etmişəm könüllü kimi 92-93-cü illərdə. Sonradankı Elçibəyi torba tikib yıxdılar hər şeyə nifrət etmişəm.
Resul bey Size hörmetim böyükdür.ama bele açıqlamanı gözlemirdim.İranda türkçülük ideyaları güclüdür.orda Azerbaycançılıq var.fars rejiminde yaşamalarına ve öz dillerinde tehsil almaq imkanı olmamalarına baxmayaraq öz Azerbaycan dilinde bizim bakı ehalisinden ve rehberlerimizden temiz danışırlar.ve turk dili üçün mübarize aparırlar.iran hökümeti sırf cenublu soydaşlarımızın qorxusundan ermenistanla elaqelere serhed qoyur hardasa .men onların qeyretine heyranam.eminem iran rejimi bir gün TURAN rejimi olacaq!
Iranda,oz dilinde tehsil almadiqlarna baxmayaraq,tarihmize,medeniyetmize,milli adetmize,sahib cixaraq Oquz Turklerinin davamcilaridirlar ve nece deyerler "su axdiqi,yerden birde axar".Men ozum sahidem,Tebrizden iki yasli adam,tarihmizin dahi arxivi Nizami Gencevini ziyarete gelmisdiler,elede Kerbalaya Fuzulini ziyaret etmisler,amma men ele ziyaret ede bilmemisem,Fuzulinin qebirini,Allah qismet elesin hamiya.Aslanlar ve Boz qurdlar hec vaxt yatdiqi yeri,zibillemirler,zibilleyen yalniz(svayindi)qabandi.TURAN!
А у вас, парни, только свои могут писать комменты. Ведь верно? Одни и те же люди пишут свои гениальные полусельские и архаичные мысли. удачи в люстрации, господа. А расул гулиев никак не угомонится. Смешон он уже. Так ему и передайте.