Rusiyanın Tomsk şəhərinin Daniil adlı 25 yaşlı sakini Atlantik okeanında yerləşən tənha adada yaşayacaq.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, gənc adanın adını və dəqiq koordinatlarını gizli saxlayır. Mənbəyə əsasən, bu adada içməli suyun və ya hər hansı canlının yaşaması barədə məlumat yoxdur.
Daniil özü ilə adaya kamera, batareya, telefon və xəncər götürəcəyini deyib. Adada yaşayacağı 90 gün ərzində rusiyalı gənc videobloqunda hər gün yaşadıqları barədə hesabat xarakterli reportajlar yerləşdirəcək.


Şərhlər