Menu

Paytaxtda yaşayış binasında yanğın olub - 1 nəfər tüstüdən zəhərlənib

08.01.2018, 14:26
Paytaxtda yaşayış binasında yanğın olub - 1 nəfər tüstüdən zəhərlənib

Paytaxtda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 6 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühfizə olunub. Yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol