Menu

Almaniyada türkiyəli futbolçunun avtomobili atəşə tutuldu

08.01.2018, 20:49
Almaniyada türkiyəli futbolçunun avtomobili atəşə tutuldu

 

Almaniyada Türkiyə əsilli futbolçu Deniz Nakinin avtomobili atəşə tutulub.

Trend-in məlumatına görə, hadisə nəticəsində futbolçu özü xəsarət almayıb.

D.Naki qeyd edib ki, avtomobil hərəkətdə olarkən atəş açılıb.

Almaniya Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Deniz Naki bir neçə il əvvəl PKK təbliğatı ittihamı ilə Türkiyədə şərti həbs cəzasına məhkum olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol