Menu

Madaqaskarda qasırğa nəticəsində 29 nəfər ölüb

08.01.2018, 22:35
Madaqaskarda qasırğa nəticəsində 29 nəfər ölüb

Madaqaskarın şərqində baş verən güclü qasırğa nəticəsində 29 nəfər həyatını itirib. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.

”Ava” tropik qasırğası Madaqaskar üzərindən şənbə və bazar günləri keçib. Küləyin surəti bəzi ərazilərdə saatda 140-190 km təşkil edib. Minlərlə insanın evsiz qaldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol