Menu

Donetskdə yol polisi qətliamının videosu yayıldı (VİDEO)

05.07.2014, 10:53
Donetskdə yol polisi qətliamının videosu yayıldı (VİDEO)

Yol Polislərinin atəşə tutulması kadrları Youtube-a yerləşdirilib

İyulun 3-də Ukraynanın Donetsk şəhərində Yol Polisi əməkdaşlarının güllələnərək öldürülməsinin kadrları yayılıb.

ANS PRESS-in məlumatına görə, avtomobilin videonəzarət kamerasının yaddaşına həkk olunmuş kadrlarda iki silahlı, maskalı şəxsin qarşı tərəfdən qaçaraq gəldikləri görünür.

Həmin şəxslər növbə çəkən yol polisi əməkdaşlarına atəş açırlar.

Qeyd edək ki, iyulun 3-də Doneskdə iki nəfər naməlum şəxs növbə çəkən Yol polisi əməkdaşlarını atəşə tutmuşdu. Hadisə nəticəsində üç Yol Polisi dünyasını dəyişmiş, daha bir polis əməkdaşı isə ağır yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol