İsrail qırıcıları Suriya ərazisini bombalayıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, İsrail ordusunun döyüş təyyarələri paytaxt Dəməşq yaxınlığında yerləşən Kalamun bölgəsindəki silah-sursat anbarına havadan zərbələr endirib.
Məlumata görə, həmin anbar Bəşşar Əsədə bağlı silahlı qüvvələrə məxsusdur.
Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.


Şərhlər