Menu

İŞİD öz pasportunu buraxdı

05.07.2014, 11:32
İŞİD öz pasportunu buraxdı

“İraq-Şam İslam Dövləti” terror təşkilatı artıq öz pasportlarını paylamağa başlayıb.

Axar.az xəbər verir ki, özünü xilafət elan edərək “İslam Dövləti” qurduğunu bəyan edən İŞİD qruplaşması yeni bir addım atıb.

Nəzarət altına aldığı İraqın Mosul şəhərində çıxarılan pasportun üzərində İŞİD-in bayrağındakı simvolların şəkilləri də var. Simvolların üst hissəsində isə "Xəlifə İslam Dövləti" sözləri yazılıb.

İraq Baş naziri Nuru əl-Maliki isə istefa çağırışlarına baxmayaraq, üçüncü namizədliyindən imtina etməyəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol