Menu

Bakıda qanunsuz ağac kəsən 4 nəfər saxlanılıb

10.01.2018, 12:29
Bakıda qanunsuz ağac kəsən 4 nəfər saxlanılıb

Ötən il fevralın 23-də Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağacları kəsməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.

Bakı şəhər sakini Mehdi Kərimov, Ucar rayon sakini Rauf İsmayılov, Siyəzən rayon sakini Elşad Quliyev və Qubadlı rayon sakini Məqsəd Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Redaktor 2018-01-10 12:29:19

Ağaclarin Nəsimi, Xəzər və xususilədə Bakinin mərkəzi rayonu olan Xətai rayonunda qanunsuz kəsilməsi, torpaqlarin digər ərazilərə dasinmasi, ozbasina tikililərlə bağli redaksiyanin əldə etdiyi foto faktlarini Sizə təqdim edəcəyik. Xahis edirik tərəfsiz və qərəzsiz şəkildə ictimailəşdirəsiniz. Adi cəkiılən rayonlarda baş verən xoşagəlməz faktlar tam biabirciliq, aidiyatli orqan rəhbərlərinin qanuna zidd əməllərini təzahurudur.

VƏTƏNDAŞ 2018-01-10 12:29:19

nizami rayonunda hər gün ağaclar məhf edilir .kim cavab verəcək buna

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol