Menu

"Karusel" əməliyyatları başlayıb( FAKTLAR)

09.10.2013, 10:31
"Karusel" əməliyyatları başlayıb( FAKTLAR)

8 saylı Binəqədi birinci seçki dairəsindən prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili Pənah Hüseynin verdiyi məlumata görə, 8 nəfərdən ibarət qrup 276 saylı məktəbdə yerləşən 20, 21, 22 saylı məntəqələrdə karusel üsulu ilə səs verirlər.

27 saylı Sabunçu ikinci seçki dairəsinin 7 sayli seçki məntəqəsindən Cəsur Məmmədovun verdiyi məlumata görə, bəzi seçicilər barmaqlarına mürəkkəb vurulmadan seçki məntəqələrinə buraxılıb. Bu barədə protokol tərtib edilməsi ilə əlaqədar müşahidəçilərin tələbi yerinə yetirilməyib.

36 saylı Xətai dördünçü seçki dairəsinin 15, 16, 30 saylı seçki məntəqələrinə prezidentliyə namizəd Cəmil Həsənlinin mənafelərini müdafiə edən müşahidəçilər seçki məntəqələrinə buraxılmır.

34 saylı Xətai ikinci secki dairəsinin 4 saylı secki məntəqəsində komissiya sədri müşahidəçilərə qarşı kobudluq edir, onların öz vəzifələrini icra etməsinə imkan vermir və polislə təhdid edir.

120 sayli Cəbrayıl-Qubadlı seçki dairəsinin 47 saylı seçki məntəqəsində YAP-dan olan müşahidəçi Nizam Vəliyev səsvermə kabinələrinə girib səsverməyə müdaxilə edir.

15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində bir qrup şəxs “90-CP-490” nömrə-nişanlı Hunday markalı avtobusla gəzdirilərək müxtəlif məntəqələrdə karusel üsulu ilə səs verir.

108 saylı Ağstafa seçki dairəsindən səlahiyyətli nümayəndə Səxavət Soltanlının verdiyi məlumata görə, 1, 2,3 və 4 saylı seçki məntəqələrində əmək kollektivləri kollektivin rəhbərlərinin iştirakı ilə gələrək səs verir.

34 saylı Xətai ikinci secki dairəsinin, 17, 18, 19, 21 saylı məntəqələri 269 saylı məktəbin Ella adlı direktoru karusel əməliyyatına rəhbərlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol