Nəzakət Bədirova
14 yaşlı məktəbli qız özünü məktəbin 2-ci mərtəbəsindən atdı, Ana özünü yandırdı, bir gənc sevgilisini də, özünü də öldürdü...
Son vaxtlar daha çox eşitdiyimiz intiharlarla bağlı sözlər insanları həddindən artıq narahat edir, narahatlıqlarını artırır.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə 2017-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Müqayisə üçün qeyd edək, 2016-cı ildə həmin maddə ilə 658 cinayət işi başlanmışdı. 2017-ci ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir.
Bəs dünya üzrə intiharların statistikası necədir?
Statistikaya əsasən dünyada hər 3 saniyədən bir kimsə intihar etmək istəyir, hər 30 saniyədən bir isə intihar edir. Hər il təxminən 1 milyon nəfər intihar edir, 20 milyon nəfər isə intihara cəhd edir.
Gəlin görək intiharların səbəbi nədir? Onların qarşısını necə almaq olar? Statistikaya görə intiharların səbəbi kimi birinci yerdə şəxsi həyatda problemlər, ikinci yerdə ailədə, valideynlərlə problemlər, üçüncü yerdə həmyaşıdlarla, təhsildə və məktəbdə problemlər göstərilir.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov son günlər Azərbaycanda intihar hallarının artmasına münasibət bildirmişdir: «Bu gün intihar edən yeniyetmə və gənclər arasında səhhəti ilə bağlı problemləri və ya zərərli vərdişləri olan yoxdur. Gənclərin intihar etməsinə səbəb özünü tapa bilməməsi və yaxud məişət vəziyyəsində problemlər, sevgi məsələləri və s-dir. Digər tərəfdən ailədaxili konfiliktlər də yeniyetmə və gənclərin psixologiyasına daha çox təsir göstərir. Bir müddət intiharlar iqtisadi səbəblərə bağlandı, banklara borclar və s. Əslində, bir insanın borcu və narahatçılığı, problemi ola bilər. Əgər insan sabaha ümidlə baxa bilmirsə, həyata pozitiv yanaşa bilmirsə, o, özünə qapılır və bir müddət keçəndən sonra onda intihar kimi fikirlər formalaşır».
Yuxarıda sadalanan səbəblər problemin görünən tərəfidir. İntiharların görünməyən və əsas səbəbi də vardır. Başlıca səbəb Allahı unutmaqdır.
Unutmamaq lazımdır ki, insan bədəni Allahla əlaqəli şəkildə yaradılmışdır. İnsan bədəni necə ki, susuz qalsa, yaşaya bilməz, eləcə də insan Allahı düşünməsə, Allahdan uzaq həyat yaşasa, bütün hüceyrələrimiz xəstələnər. İnsan o zaman ölmək istəyər. Allah Quranda bizə necə yaşayacağımızı izah etmiş və yol göstərmişdir. Quranda belə bildirilir:
-Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)
Elə isə fitrətimizə uyğun olaraq Allaha möhkəm sarılmalıyıq. Onunla əlaqəni nəinki kəsməməli, bu əlaqənin zəifləməsinə belə izn veməməliyik. Bu mövzuda insanları məlumatlardırmaq, onları maarifləndirmək hər bir vicdanlı müsəlmanın borcudur.
Unutmayaq ki, Allah insanın həyat səbəbidir. Heç bir varlıq, mal-mülk, vəzifə, pul insanı xoşbəxt edə bilməz, problemini həll edə bilməz, onu həyata bağlaya bilməz. İnsanı xoşbəxt edən ancaq Allaha inamı, imanıdır.

Şərhlər
Necə yəni niyə artır? "Axı biz ataloqsuz sürətlə inkişaf edrik". O intihar edən yazıqlarda "bu sürətlə ayaqlaşmayıb" intihar edirlər. "Bəlkə bir az yavaşıyaq", qoy başqa dövlətlər də regionun aparıcı dövlətinə çatsınlar. Ə, bir tormoz elə!!!!
Yazının başlığı aktual olduğu qədər səbəblər doğru görükmür.Son zamanlar Azərbaycanda intiharların sayının artması (əsasən 25 yaşdan yuxarı) həyat səviyyəsi,təhsil,dolanışıq,işsizlik,səhiyyə yarıtmazlığı,ailələrin təminatsız qalması,yaşayış şəraitinin dözülməzliyi və bu kimi sosial səbəblər olduğu diqqətdən yayınıb.
Gənclərə aid göstərilən səbəblər statistikası cəmi 5-6 faiz təşkil edir.Bəs qalanları....
Allaha tapınmaq,onun varlığını qeyd-şərtsiz qəbul etmək hər adama nəsib deyil.Allaha tapınmaq Allahın insana göstərdiyi bir lütfdür,hamıya qismət olmur.Allaha inam əxlamızı paklaşdırır, tərbiyəsizlik və xəyanətdən bizi uzaqlaşdırır.Hər kəsin əməlində nöqsan varsa,deməli,onun Allahla bağlılığı yoxdur.
Zərif Nəzakət xanım kimi Ailə, uşaq və qadın problemlərinə yaxın Qafqaz müsəlman idarəsinin, DİN, DTX, təlim-tərbiyəçilər, şahidlər və PSİXoloq ordusu qalan boşluğu doldura bilər. Vaxtilə "hansısa ərəblər" keçmiş SSRİ də başsız ailələrlə məşğul olurdu. Bəs, dünyanı hədsiz hümanizm və İnsan kapitalı şüarı ilə gəzən bizim dövlətimizdə bir-birimizə BİGANƏLİK nədəndir? İntiharı "Allahsız"ın adına yazmaq olar. Bu oxşarlığın və peşəkarların gizlədilmə məqsədini daşımayacaqmı?
Intihara gətirib çıxaran səbəblər yazıda açıqlanmır.
Cəmiyyətdə baş alıb gedən özbaşınalıq,qaunsuzluqlar,
dözülməz,analoqu olmayan rüşvətxorluq üzündən insanların problemlərini həll edə bilməməsi,işsizliyin baş alıb getməsi səbəbilə ailənin təminatının mümkünsüzlüyü,bankların yüksək faizləri üzündən kreditlərin ödənilmə çətinliyi və bu kimi səbələr intiharların sayının artmasına əsas səbəblərdən ən birincisidir.Bir də hakimiyyətin insanların iş yerləri ilə təminatı barədə düşünməmsi də əsas faktör sayılır
Wekide 35 yawli qadin intihar edib,derc olunub:14/01/2018-19:24,Az.Politika.Yol polisi ile dalawdi,ustune benzin tokub ozune od vurdu.Derc olunub :15/01/2018-17:14,Az.Politika.
Hormdtli yazar,menim Komsomol salamimi t.edalete yetirin! Hormetle серый Ахмед.
Bütpərəslik aparıcı olduqca, həqiqi iman(din-fərq etməz hansı) qəlblərə hakim olması mümkünsüzdür.İmansızlıq isə haqqın və ədalətin qələbəsin gecikməyə hakimdir....Allah millətə hidayət versin, İnşəallah.
edolet muellim,sende muellifede milletin intihar eleme sebeblerinden bir kelmede olsa agir bir argument qoymursunuz ortaya,e sende,muellimede bir conun pis pisa demiw,analoqlu,ataloqlu intiharimizdanda yazin,yazamassan edolet,cunki,senin meneviyyatin sabunludu.
HƏR-HALDA İNTİHARLAR KEYFDƏN DEYİL.
Dünya bizim müvəqqəti evimizdir burda müvəqqəti yaşadıkdan sonra əsil evimiz olan axirətə qayıdacagık ancaq burda yaşamagımızın bir məqsədi var oda imtahanımızdır Allah müxtəlif hadisələrlə bizi imtahan edir kimi səbr edir kimi etmir başımıza gələn hadisələrdə bizim göstərəcəyimiz əxlaqda Allaha olan sədaqətimizi göstərmiş oluruq bir ayədə..Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur(Mülk 2)Başınıza gələn hadisələr hansı cür olursa olsun Allaha sədaqət göstərin