Menu

Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb

14.01.2018, 14:18
Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb

Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb.

"Xilasedicilər hadisə yerinə gəlincəyə qədər, turistlər qarın altından ölmüş iki kişinin meyitini aşkar ediblər", - deyə TASS xilasedicilərin sözlərini sitat gətirib.

Qar uçqunu ötən gün baş verib və hadisə yerinə yalnız qar kvadrasiklı ilə getmək mümkün olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol