Menu

Əfqanıstanda İŞİD-in 17 döyüşçüsü məhv edilib

14.01.2018, 19:21
Əfqanıstanda İŞİD-in 17 döyüşçüsü məhv edilib

Əfqanıstanın Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Tolo News" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat Açin və Haska-Mina kəndlərində keçirilib. Həmin ərazilərdə silahlıların sığınacağı da məhv edilib.

Məlumata görə, terrorçulardan 14-ü Açində, daha 3-ü Haska Minedə öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol