Menu

İranda Çin sahillərində tankerin batması ilə əlaqədar matəm elan edilib

14.01.2018, 23:37
İranda Çin sahillərində tankerin batması ilə əlaqədar matəm elan edilib

İranda Çin sahillərində tankerin batması ilə əlaqədar matəm elan edilib.

"Report"un məlumatına görə, bu barədə "IRNA" agentliyi xəbər verib.

"İran tankerdə ölənlərlə bağlı milli matəm elan edib", - deyə xəbərdə bildirilir.

İrana məxsus neft tankeri yanvarın 7-də Çinin şərq sahillərində Honkonqun yük gəmisi ilə toqquşub. Bundan sonra tankerdə güclü yanğın və partlayış baş verib.

Daha sonra məlum olub ki, tankerin 29 heyət üzvü həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol