Menu

Sabiq mer saxlanıldı

05.07.2014, 17:14
Sabiq mer saxlanıldı

Tiflis məhkəməsi şəhərin sabiq meri Qiqi Uqulavanın saxlanılması barədə qərar çıxarıb.

Anspress-in məlumatına görə, sabiq mer çirkli pulların yuyulmasında təqsirli bilinir. Bundan başqa o, etirazçı qruplar təşkil edərək ictimai asayişin pozulmasında, saxta sənədlərin hazırlanması və yayılmasında ittiham olunur.

Uqulava iyulun 3-də Kişinyova gedərkən Tiflis hava limanında saxlanılıb. Sabiq mer Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında iştirak etməyə gedirmiş.

Qeyd edək ki, Qiqi Uqulava 2004-2005-ci illərdə Tiflis şəhərinin meri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol