“Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər evində olarkən infarkt keçirib. Bundan sonra təcili yardımla kardioloqa və səhhəti ciddi olduğundan Mərkəzi Klinikaya gətirildi”.
Bunu “Report”a açıqlamasında İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov deyib.
Onun sözlərinə görə, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır və şok vəziyyətində olub: “Təzyiqi 70, ümumi vəziyyəti çox ağır idi. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti toparlaya bildik. İndi hər şey qaydasındadır. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”.


Şərhlər
İsa Qənbərin guya milli dövlətçiliyimizin əleyhinə olması, sizin təzə kəşfhinizdir. Amma o fikirinizlə tamamilə razıyam ki , cəsarət və fədakarliq onluq deyil. Allah tezliklə şəfasını versin.
Mən bir kəlmə deyəcəm, İsa Qəmbər yox ...
İ.Qənbər xalqın taleyi ilə oynayanlardan biri olub.Allah bütün xəstələrin şəfasını versin.Ancaq "xalq yolunda fədakarlıq" söhbəti İ.Qənbərə aid deyil.O,milli dövlətçiliyimizin əleyhinə olub.
Allah shefa versin.Genc yashlarindan indiye qeder,xalqa yanmisan, milletini xoshbext gormek istemisen, tehdid olmusan, tezyiqlere dozmusen, amma, sinmamisan.Buna urek nece dozsun.?
axir olsun