Menu

Daha bir nəfər narkotik üstündə həbs olundu

05.07.2014, 18:04
Daha bir nəfər narkotik üstündə həbs olundu

Mingəçevir şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Heydər Qəhrəman oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun şəhərin Fazil Əzimov küçəsi 3, mənzil 38-də yerləşən evinə baxış keçirilərkən oradan çəkisi 1.546 qram olan heroin aşkar edilərək götürülüb. Narkotik vasitə olan heroinin istifadəsi və satışı ilə məşğul olan Heydər Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, H. Məmmədov əvvəllər müxtəlif cinayət əməllərinə görə 3 dəfə məhkumluq həyatı yaşayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol