Menu

Əfqanıstan paytaxtının mərkəzinə raket düşüb

15.01.2018, 23:19
Əfqanıstan paytaxtının mərkəzinə raket düşüb

Əfqanıstanda naməlum şəxslər tərəfindən atılan raket Kabilin mərkəzinə düşüb.

RİA "Novosti" xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyinə istinadən "TOLO News" telekanalı məlumat yayıb.

İdarə nümayəndəsi Nüsrət Rəhimi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələ ki, Əfqanıstanda fəaliyyət göstərən heç bir qruplaşma atəşə görə məsuliyyəti öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol