"Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər". Bu barədə özəl olaraq Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edib. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq.
E.Babayev qeyd edib: “Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa şatdırılacaqdır”.


Şərhlər
Pensiyanın məbləğini hesablayanların pensiyaçıların vəziyyətindən,bazar, xidmət, səhiyyə,dərman qiymətlərindən xəbərləri var?Son iki ildə manat iki dəfədən çox dəyər itirdi.bəs onlar pensiyanı hansı ağılla 2017-də 5-6 manatŞ2018-ci ildə 12-13 manat artırnaq pensiyaçılra qarşı sayqısızlıq və dövlətə qarşı hörmətsizlikdır.