Ölkənin şərqində antiterror əməliyyatı həyata keçirən Ukrayna ordusu Kramatorsk şəhərinə daxil olub.
APA-nın verdiyi xəbərə görə, bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurası məlumat mərkəzinin nümayəndəsi Andrey Lısenko bəyan edib.
“Hazırda Kramatorskda kəşfiyyatçılar və istehkamçılar inzibati və yaşayış binalarını yoxlayırlar” – deyə A. Lısenko bildirib.
Onun sözlərinə görə, yerli əhali hərbçilərə fəal şəkildə yardım göstərir.


Şərhlər