Menu

Xərçəngi soda ilə müalicə etmək cəhdinə görə... - Həkim azadlıqdan məhrum edildi!

17.01.2018, 00:18
Xərçəngi soda ilə müalicə etmək cəhdinə görə... - Həkim azadlıqdan məhrum edildi!

«AzPolitika.info»-nun xariciKİV-ə istinadla verdiyi xəbərə görə, İtaliya paytaxtının məhkəməsi xərçəng xəstəliyini soda ilə müalicə etmək cəhdləri səbəbilə, bazar ertəsi keçmiş həkimin 5,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardıb. Həkimin «müalicə»si nəticəsində pasiyent həyatdan köçüb.

«La Repubblica» qəzetinin yazdığına görə, həkim Tullio Simonçini qeyri-qanuni həkimliklə məşğul olmaqda və pasiyenti məqsədli şəkildə öldürməkdə təqsirli bilinib. Onun həmkarı, rentgenoloq Roberto Qandini isə 2 il şərti cəza ilə canını qurtarıb.

Xəbərə görə, 6 il bundan əvvəl 27 yaşlı Katanni sakini Luka Alivotto onların qurbanı olub. Pasiyentə «beynində şiş» diaqnoz qoyulub. Müalicə olunmaq mədsədilə o, Simonçiniyə müraciət edib və onun çalışdığı Tiran şəhərinə gəlib. «Möcüzə-kurs» soda məhlulunun daxilə yeridilməsindən ibarət olub.

Gənc oğlan müalicənin ikinci günü ürək tutmasından keçinib. Ürək tutması isə pasiyentin orqanizmində turşu-qələvi balansının pozulması səbəbindən baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol