Krım Tatar Məclisinin başçısı Refat Çubarovun Rusiyaya girişi yasaqlanıb. ANS PRESS-in məlumatına görə, o, Ukraynanın Xerson vilayətindən geri dönərkən Krıma buraxılmayıb. Çubarovun Rusiyaya girişinə 5 il qadağan qoyulub.
Refat Çubarova bu barədə məlumatı şəxsən Krımın cazibədar prokuroru Natalya Poklonskaya bildirib. Krım Tatar Məclisinin başçısı tələb edib ki, qərar Krımın dövlət dillərindən biri olan krım-tatar dilində səslənsin. Amma Poklonskaya bunu etməkdən imtina edib.
Çubarovu 6 avtobus, beş həbsxana avtomobili, OMON və hərbçilər qarşılayıb. Məclisin başqa üzvləri isə Krıma buraxılıb.
Məclis üzvləri Xersonda Məclisin keçmiş sədri Mustafa Cəmilovla birlikdə iclas keçirməyə getmişdilər.


Şərhlər