Menu

"Taliban" 400 sistern yanacağa od vurub

05.07.2014, 23:36
"Taliban" 400 sistern yanacağa od vurub

İyulun 5-ə keçən gecə Əfqanıstanın paytaxtı Kabil yaxınlığında azı 400 sistern yanacaq yandırılıb.

Polis hələ də davam edən yanğının səbəblərini araşdırır.

Yanacaq Kabilin qərbində yerləşən NATO qüvvələri üçün nəzərdə tutulurmuş.

Yanğına görə məsuliyyəti «Taliban» qruplaşması öz üzərinə götürüb. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol