Menu

Tovuzda avtomobil iki piyadanı vurub

17.01.2018, 21:32
Tovuzda avtomobil iki piyadanı vurub

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qovlar şəhəri ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyada - 2002-ci il təvəllüdlü Tapdıq Axundov və 2005-ci təvəllüdlü Emin Adıgözəlovu vurub.

Xəsarət alan piyadalar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, E.Adıgözəlovun vəziyyəti orta-ağır, Tapdıq Axundov isə normaldır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol