Menu

"Afrində əməliyyat gözlənilmədən olacaq" - Türkiyə prezidentinin köməkçisi

17.01.2018, 23:46

Bekir_Bozdag_090312Türkiyə ordusu Suriyanın şimalındakı Afrin bölgəsində hərbi əməliyyatı qəflətən keçirəcək.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Bəkir Bozdağ deyib.

O, qeyd edib ki, Suriya sərhədindən Türkiyəyə qarşı yönəlmiş istənilən təhdidin qarşısını almaq, ölkənin təhlükəsizliyini qorumaq üçün Afrin və digər bölgələrdə hökumət tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə öz hüququnu qorumaq üçün addımlar atacaq.

"Bu, nə zaman olacaq? Qəflətən", - deyə B.Bozdağ bildirib.

O, ABŞ-ın kürd silahlılarına silahı İŞİD-i məhv etmək üçün verməsi ilə əsaslandırmasını bəhanə adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol