Menu

Daha iki general vəzifədən azad edildi

06.07.2014, 09:17
Daha iki general vəzifədən azad edildi

İraq Silahlı Qüvvələri Quru Qoşunları komandanı general-leytenant Əli Feydan tutduğu vəzifədən azad edilib.

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, uyğun sərəncamı ölkənin baş naziri Nuri əl-Maliki imzalayıb. İraq Federal Polis İdarəsinin rəisi, general-leytenant Möhsün əl-Abi də tutduğu vəzifədən uzaqlaşdırılıb. Onların yerini tutacaq şəxslərin adları hələlik açıqlanmayıb.

Məlumata əsasən, al-Malikinin hərbi sahədə kadr dəyişikliyi davam edəcək. Generalların vəzifədən azad edilməsinə səbəb kimi “İraq Şam İslam Dövləti” terrorçularına qarşı mübarizədə “ordunun fəaliyyətsizliyi” göstərilir.

Bir müddət öncə Mosul ətrafında İŞİD-ə qarşı döyüşdə İraq qoşunlarına uğursuz rəhbərlik etdikləri üçün 3 briqada generalı da vəzifəsindən azad edilmişdi.

Onların işinə hərbi prokurorluqda baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol