Vergilər Nazirliyində struktur islahatları davam edir. “APA-Economics”in məlumatına görə, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.
Yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ülvü Mansurov Mikayıl Cabbarovun əmri ilə nazir müşaviri təyin olunduğu xəbəri yayılmışdı.Ancaq bu məlumat təsdiqlənmədi. .
Xatırladaq ki, Ülvi Mansurov 2 ay əvvəl “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsindən azad olunmuşdu. Uzun müddət “Texnikabank”ın İdarə Heyətinin sədri işləmiş Ü.Mansurov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, eləcə də “Kapitalbank”da sədr müavini postlarını tutub.
Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.


Şərhlər
Qeyri-ixtisaslılara vergi anlayışı üçün bu sanki, MULTİKULTURAL ELMİ-TƏHQİQAT TƏHLIL institutudur. İqtisadiyyatın daha effektiv mənimsənilmə metodu kimi bu model yeni prototipsiz və mühüm islahat kimi qəbul edilməlidir. Yeni Hökumətin digər Yüksək Texnoloji mütəşəkkilləşməsi də aşkar reallıqdır.
Cabbarovun basladiği dovrdə sabiq audutin rəisi Habil Məmmədov nə qədər ki is basindadir ona huzur yox. Bu adam nazirlyin uz qarasidir. Elə bir sahbkar yoxdur ki Habilin nəyinəsə soyməsin. Cabbarov ayil. Ayibdir axi sizin bunlarla bir mərtəbətə oturmiz. ..
Ali məqsəd Vergilər Nazirliyini TN -nin halına salıb,oğurlanmış pulların izini itirmək məqsədi daşıyırsa bu boyda əziyyətə nə ehtiyac var idi..
Qardaş,habil elə Cabbarovun istədiyi kadrdır.